Ekskluziv
2623
05 Jan 2026 | 15:45

"Trampdan İran rejiminə xəbərdarlıq: etirazlar və Xamenei üçün "B planı" - "The Times"

 
"İranda etirazlarların böyüməsi fonunda ABŞ təhdidləri artır..."
 
ABŞ prezidenti Donald Tramp yenidən İran rəhbərliyinə ciddi xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
İranda böhran və ABŞ-ın xəbərdarlığı 
 
Məlumatda deyilir ki, 5 yanvar gecəsi, "Air Force One" təyyarəsində jurnalistlərlə söhbətində Tramp ABŞ-ın İranda baş verənləri diqqətlə izlədiyini vurğulayıb: "Əgər onlar etirazçıları öldürməyə davam etsələr, əvvəlki kimi çox güclü cavab alacaqlar".
 
Tramp bundan əvvəl, yanvarın 2-də sosial şəbəkədə yazdığı mesajda da ayətullah rejiminə açıq təhdid göndərib, zorakılığın davam etməsi halında ABŞ-ın müdaxiləyə hazır olduğunu bildiriv.
 
"The New York Times" nəşrinin məlumatına görə, iranlı mənbələr rejimin "yaşamaq savaşı" vəziyyətində olduğunu etiraf edir. Trampın ilk təhdidlərindən sonra İranın Ali Milli Təhlükəsizlik Şurası təcili toplantı çağırıb. Məqsəd etirazları daha az zorakılıqla idarə etmək, lakin eyni zamanda hərbi əməliyyatlara hazırlıq idi.
 
Mənbələr bildirir ki, yüksək rütbəli rəsmi şəxslər şəxsi söhbətlərində İslam Respublikasının küncə sıxışdırıldığını etiraf edir və İsrailin daxili qeyri-sabitlikdən istifadə edərək yeni zərbələr endirə biləcəyi barədə qorxular artır.
 
Eyni zamanda, iranlı müşavirlar prezident Məsud Pezeşkiana tövsiyə ediblər ki, vəziyyətin məsuliyyətini Ali Rəhbər Əli Xamenei üzərinə atsın. Rejimin qarşısında iqtisadiyyatın çökməsi, ictimai narazılığın artması və ABŞ-İsraillə hərbi gərginlik riski kimi bir neçə böhran eyni anda durur. ABŞ-ın təhdidləri isə rejimin iğtişaşları basdırmaq imkanlarını məhdudlaşdırır.
 
Etirazlar və zorakılıq
 
İran mediasının məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusu ölkə üzrə raket atışları və HHM sistemlərinin işləməsi üzrə geniş təlimlər keçirir. Ali Rəhbər Əli Xamenei də etirazçılara "X  sosial şəbəkəsində müraciət edərək, etirazların müəyyən həddə qədər qəbul edilə biləcəyini, lakin iğtişaşlarla məşğul olanların "yerinə qoyulmalı" olduğunu bildirib.
 
Etirazlar artıq doqquz gündür davam edir və Tehrandan başlayaraq bir neçə şəhəri əhatə edib. İlk olaraq bazar ticarətçiləri etiraz edib, sonra tələbələr və digər şəhər sakinləri qoşulub. İştirakçılar anti-rejim və anti-klerikal şüarlar səsləndirir. HRANA və "Hengaw" kimi hüquq müdafiəçiləri bildirir ki, artıq 16-17 nəfər həlak olub, 582 nəfər həbs edilib. Ən şiddətli toqquşmalar ölkənin qərb bölgələrində qeydə alınıb.
 
Xamenei və "B planı"
 
"The Times" nəşrinin əldə etdiyi kəşfiyyat məlumatına görə, 86 yaşlı Ali Xamenei etirazları yatırda bilmədiyi və ya güc strukturları ondan üz döndərdiyi halda, Tehrandan qaçmaq üçün plan hazırlayıb.
 
O, ailəsi və yaxın müşavir qrupu ilə birlikdə Moskva istiqamətinə gedəcək. Bu plan çərçivəsində aktivlərin, xaricdəki əmlakın və nağd pulun yığılması nəzərdə tutulub. Xameneinin böyük maliyyə şəbəkəsi, o cümlədən "Setad" fondları onun və ailəsinin təminatını əhatə edir.
 
Etirazlara qarşı zorakılıq tətbiq edən Korpusu Keşikçiləri, "Bəsic" milis və polis onun tam nəzarəti altındadır. ABŞ və İsrail hadisələri yaxından izləyir, Tramp isə artıq iki dəfə İran rəhbərliyini xəbərdar edib. Proseslərin gedişi göstərir ki, İranda həm iqtisadi, həm sosial, həm də siyasi böhran dərinləşir və rejim üçün həm daxili, həm də xarici təhlükə artır.
Link kopyalandı!
Son xəbərlər