“Venesuela əməliyyatında ABŞ mənəvi və hüquqi cəhətdən haqlıdır...”-Ukrayna siyasətçisindən 5 aspektli ilginc yanaşma...
Ekskluziv
3019
05 Jan 2026 | 13:23

“Venesuela əməliyyatında ABŞ mənəvi və hüquqi cəhətdən haqlıdır...”-Ukrayna siyasətçisindən 5 aspektli ilginc yanaşma...

“Venesuelada 2002-ci ildən bəri Rusiyanın nəzarəti altında qəddar, cinayətkar bir diktatura hökm sürürdü. Yəni, bu kabus 24 il davam etdi. 28 milyon əhalidən 8 milyonu ölkədən qaçdı. Əhalisi az olsa da, Venesueladan olan qaçqınlar Ukraynadan olanlardan daha çox idi. Orada insanlar sözün əsil mənasında aclıqdan ölürdülər...”
 
“Ruslar baş verənlərdən açıq şəkildə şoka düşüblər. Və bu rüsvayçılıq daha da ağrılıdır, çünki hər şey asanlıqla baş verdi. Bu o deməkdir ki, onların Uktrayna üzərindəki "qələbəsinin" daha az arqumenti var...”
 
“ "Vaqner" qrupu 2019-cu ildən bəri Maduronun şəxsi təhlükəsizlik xidməti olub. Rusiya Venesuelaya çoxlu sayda hava hücumundan müdafiə avadanlığı verib: 2 "S-300" sistemi, 9 "Buk" və 44 "S-125" kompleksi (və bu, sadəcə rəsmidir). Üstəlik, 14 "Su-30" təyyarəsi...”
 
Ukraynanın “Xalqın xidmətçisi” partiyasından xalq deputatı, GUAM Parlament Assambleyasındakı Daimi Nümayəndə Heyətinin üzvü, Çili ilə Parlamentlərarası Əlaqələr Qrupunun həmsədri, ABŞ ilə Parlamentlərarası Əlaqələr Qrupunun sədr müavini, siyasətçi və iqtisadçı Marian Zablotski bu günlərdə ABŞ lideri Donald Trampın son Venesuela əməliyyatı ilə bağlı maraqlı bir məqalə ilə çıxış edib. Onun sözlərinə görə, Venesueladakı hadisələr Rusiya-Ukrayna müharibəsinə təsir göstərir. O, Rusiya üçün "şahed" dronları istehsalı ilə bağlı problemlərdən tutmuş təcavüzkarın bizə qarşı müharibə aparmaq qabiliyyətini kəskin şəkildə azaldan qlobal neft qiymətlərinin geniş müzakirə olunan düşməsinə qədər 5 belə aspekti müəyyən edib.
Moderator.az mütəxəssisin "Fokus" nəşrinin "Putinin Venesueladakı məğlubiyyəti: Maduronun tutulmasının Ukrayna üçün 5 nəticəsi" başlığı ilə nəşr etdiyi məqaləsinin tərcüməsini dəyərli oxucularımızın müzakirəsinə buraxırıq: 
 
"Media məkanımızda Venesuela ilə bağlı bir sıra qəribə, bəzən hətta Rusiyayönlü müzakirələr ortaya çıxıb. Mən 2014-cü ildən bəri venesuelalılarla işləyirəm və onlarla yüzlərlə və minlərlə saatlıq qarşılıqlı ünsiyyətə əsaslanaraq öz baxış bucağımı təqdim edirəm:
 
1. "Raşka" (Rusiya-S.L.) ABŞ ilə Venesuelada əməliyyata gizli şəkildə razılıq veribmi və bu, danışıqlarımıza mənfi təsir göstərəcəkmi?..
 
Qətiyyən yox. Düzgün qeyd edildiyi kimi, Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malikdir. Bu, Rusiyanın nəzarətində olan rejimlər siyahısında tac daşıdır. Ruslar Venesuelanın neft hasilatını gündə 3,5 milyon bareldən 0,5-1 milyon barelədək məhv ediblər. Bu arada, müasir texnologiya ilə Venesuela asanlıqla gündə 10+ milyon barel istehsal edə bilərdi - "Raşka"nın özü kimi. Uzunmüddətli perspektivdə hasilatın belə artması neft qiymətlərini aşağı salacaq. Hətta OPEC üzvü kimi Venesuelanın istehsal etmək hüququ olan gündə əlavə 3 milyon barel belə, Rusiya iqtisadiyyatını məhv edə bilər. Venesuela onlar üçün strateji cəhətdən həyati əhəmiyyətli bir ölkədir. Ruslar baş verənlərdən açıq şəkildə şoka düşüblər. Və bu rüsvayçılıq daha da ağrılıdır, çünki hər şey asanlıqla baş verdi. Bu o deməkdir ki, onların Ukrayna üzərindəki "qələbəsinin" daha az arqumenti var. Rusiya Venesuelanı geri almağa çalışmağa davam edəcək. Bu da mütləq bizim danışıqlarda mövqeyimizə kömək edir.
 
2. Bu, bizə qarşı müharibəyə necə təsir edir?..
 
Kuba rejimindən fərqli olaraq, Maduro Ukraynaya qarşı döyüşmək üçün muzdlu əsgər göndərməyib. Lakin Venesuela Kreml üçün "şahedlər" istehsal edən mərkəz idi. Ölkədə nəhəng yığım zavodları var idi: fərdi dövrə lövhələri, qurğular və prosessorlar. Venesuela, məsələn, Rusiya və ya İran kimi sərt sanksiyalar altında deyildi. Üstəlik, oradakı işçi qüvvəsi sadəcə ucuz deyildi - insanlar sözün əsl mənasında yemək üçün işləməyə hazır idilər. Rusların cinayətkar düşüncə tərzində bura yığım üçün ideal bir yer idi. Bütün bunlar  dron əməkdaşlığının yaranması ilə tezliyi kəskin şəkildə artmış sərnişin təyyarələrinə yüklənirdi. Odur ki, zaman keçdikcə hava hücumundan müdafiə sistemlərimiz üçün bir az yüngüllük hiss etməliyik.
 
3. Bu, məhz Rusiya üçün hərbi məğlubiyyətdirmi?..
Bu, şəxsən Putler üçün, bütövlükdə Rusiya üçün və onların silahları üçün birmənalı məğlubiyyətdir - və özü də, gözlənilməz və alçaldıcı bir məğlubiyyətdir. Neft və "şahedlərdən" başqa digər aspektlər də var. "Vaqner" qrupu 2019-cu ildən bəri Maduronun şəxsi təhlükəsizlik xidməti olub. Rusiya Venesuelaya çoxlu sayda hava hücumundan müdafiə avadanlığı verib: 2 "S-300" sistemi, 9 "Buk" və 44 "S-125" kompleksi (və bu, sadəcə rəsmidir). Üstəlik, 14 "Su-30" təyyarəsi. Onların "Tu-160" təyyarələri də ora uçurdu. Üstəlik, helikopterlər və bütün bu proseslərə "menecerlik" edən minlərlə rus. Son bir neçə ay ərzində Kreml Venesuelaya fəal şəkildə qoşun və dronlar yerləşdirib. Rusiyanın xeyli sayda "İl-76" yük təyyarəsi "FPV" texnologiyası və mütəxəssisləri ilə oraya uçurdu. Amerikalılar bütün bunları nahar fasiləsi üçün lazım olan müddətdə söküblər. Milyardlarla dollar dəyərində olan bütün bu "analoqsuz" avadanlıqlar bir neçə saat davam edən ABŞ əməliyyatına qarşı heç bir fayda verməyib. İndi Suriyanın Bəşər Əsədinin necə qaçdığını xatırlayın. Bəs belə olan halda diktatorların niyə belə bir Rusiya "müdafiəsinə" ehtiyacı var idi? Artıq lazım gələrsə, Moskvaya qaçmaq üçün 100% zəmanət belə, yoxdur...
 
4. ABŞ Maduronu ələ keçirməkdə hüquqi və mənəvi cəhətdən haqlıdırmı və burada Rusiyanın Ukraynaya təcavüzü ilə analogiya varmı?..
 
Burada Ukrayna ilə heç bir analogiya yoxdur. Mənəvi və hüquqi cəhətdən ABŞ haqlıdır. Venesuelada 2002-ci ildən bəri Rusiyanın nəzarəti altında qəddar, cinayətkar bir diktatura hökm sürürdü. Yəni, bu kabus 24 il davam etdi. 28 milyon əhalidən 8 milyonu ölkədən qaçdı. Əhalisi az olsa da, Venesueladan olan qaçqınlar Ukraynadan olanlardan daha çox idi. Orada insanlar sözün əsil mənasında aclıqdan ölürdülər. Hələ 2017-ci ildə hökumət vətəndaşları dovşan yemədiklərinə, onları ev heyvanı kimi saxladıqlarına görə açıq şəkildə tənqid edirdi. İnsanlar "FSB"-nin "təlimlərindən" sonra kütləvi şəkildə həbs edilir və minlərlə insan heç bir səbəb olmadan öldürülüdü. "FSB" oradakı rejimə burada(Ukrayanda-S.L.) etdiklərini məhz belə öyrədirdi. İşgəncələrdə aparıcı rolu tez-tez Kuba rejiminin nümayəndələri oynayırdı, çünki onların "xarici" vətəndaşlara qarşı heç bir empatiyaları yox idi. Belə bir dəhşəti təsəvvür etmək çətindir. Bəli, Maduro "FSB" ilə birlikdə dünyanın ən böyük narkotik karteli olan "Günəşlər kartelinə" rəhbərlik edirdi.
Ad venesuelalıların generallarının çiyinlərindəki günəş təsvirlərindən gəlir (onlar ulduzlardan deyil, günəşlərdən istifadə edirlər). ABŞ əsl cinayət işi çərçivəsində mükafat elan edib, ona görə də burada hər şey hüquqi cəhətdən düzgündür.
 
5. Avropa İttifaqında niyə etirazlar ola bilər?
 
Medianın heç vaxt birbaşa yazmayacağı bir məqam var, ona görə də mümkün qədər diplomatik olmağa çalışacağam. Venesuelalılar arasında dəhşətli itkilərə baxmayaraq, Maduro rejiminə Aİ-dəki bəzi sosialist partiyalar - və yalnız Aİ-də deyil - rəğbət bəsləyir. Çünki deyirlər ki, guya sosializm əsla pis ola bilməz...
 
Eyni sosialist, Nyu-York meri Zöhran Mamdani də Maduronu dəstəklədiyini bildirib və nədənsə onun açıqlaması mediamız tərəfindən geniş şəkildə yayılıb. Başqa bir nüans da var. Bir dəfə ispandilli bir sosialist mənim Kuba və Venesueladakı diktaturalara qarşı müxalifətlə əməkdaşlıq planlarımı eşitdikdən sonra: "Bizim əraziyə burnunu soxma" demişdi...
 
Bu cür münasibət, xüsusən də kubalı amerikalılar arasında - məsələn, Marko Rubio üçün də yaxşı məlumdur. Həm Kuba, həm də Venesuela tarixlərinin böyük bir hissəsini müstəqillik uğrunda İspaniya ilə mübarizədə keçirib. Nəticə etibarilə, istənilən imperiya ambisiyaları onları çox qıcıqlandırır və Maduro və Kastro rejimlərinə qarşı münasibətləri çox vaxt ABŞ ilə Aİ arasında ciddi gərginlik mənbəyinə çevrilir…”
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər