“Onların ölkəmizlə bağlı ədalətli qərar verəcəyinə inanmıram...”
Ekskluziv
2667
05 Jan 2026 | 11:59

“Onların ölkəmizlə bağlı ədalətli qərar verəcəyinə inanmıram...”

Vaxtiylə Azərbaycanın işğal altındakı torpaqlarının talanmasında Ermənstanla yanaşı, Qərb şirkətlərinin də aktiv iştirak etdiyi, təbii ehtiyatlarımızı vəhşicəsinə istismar etdiyi məlumdur. Mediada bununla bağlı yüzlərlə informasiya yer alıb ki, bu informasiyaların hər biri ciddi faktlara söykənir.

Maraqlıdır, beynəlxalq hüququ pozaraq ölkəmizə məxsus sərvətləri qanunsuz şəkildə mənimsəyən, bu yolla milyonlarla dollar məbləğində vəsait əldə edən Qərb şirkətlərini həmin vəsaiti geriyə - bu vəsaitlərin əsl sahibi olan Azərbaycana qaytarmasını təmin etmək mümkündürmü?

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bir sıra Qərb şirkətlərinin işğal dönəmində Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərdiyi hamıya məlumdur. Həmin şirkətlər beynəlxalq qanunları kobud şəkildə pozaraq təbii sərvətlərimizi talayıb, qanunsuz pullar əldə ediblər. Şübhəsiz ki, həmin vəsaitin geri qaytarılması vacibdir. Çünki bu pullar sərvətlərimizin talanması hesabına əldə edilib. Lakin bir məqamı da qeyd edim ki, Avropa məhkəmələrinin bu məsələ ilə bağlı ədalətli qərar verəcəyinə inanmıram. Çünki Avropanın məhkəmə sistemində korrupsiyanın mövcudluğu kimsəyə sirr deyil. Bunu mediada yer alan məlumatlardan da aydın görmək olar. Buna görə də bu  məsələdə Avropa məhkəmələrinin ədaləti təmin edəcəyi inandırıcı görünmür”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər