Bizi sosial şəbəkələrdən izləyin:
“Hər il olduğu kimi, 2025-ci ildə də çətinliklərim oldu. Mənim çətinliklərim demək olar ki, hər il var. Amma ümumi götürəndə 2025-ci ildən çox razı qaldım. Ən əsası odur ki, sağlamıq, balalarım yanımdadır. 2026-cı il mənim ilimdir. At ilindənəm. Çılğın at ilidir. Elə bilirəm ki, bu il mənə daha düşərli olacaq. Çox şey gözləyirəm 2026-cı ildən. Allah 2026-cı ildə mənə elə qapı açsın ki, mən heç bir yerə getməyim. Elə balalarımın yanında oturub, ömrümün qalan hissəsini keçirim. Heç özüm də çox ora-bura getməyi sevmirəm. Amma maddiyata görə məcburam. Yoollarda qalıram, əziyyət çəkirəm. Hər dəfə aldanıram, başım daşdan-daşa deyir. Amma yenə də ağıllanmıram. Çünki başqa cür ola bilmirəm. Onların etdiklərini mən edə bilmirəm. Bu cür insanam”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyiib.
O daha sonra əlavə edib:
“Mənim üçün elə bir qapı açılsın ki, mən bütün borcumdan, xərcimdən qurtarım, rahat nəfəs alım. 5 manatım olsun amma vətənimdə olsun.. Bu yaşa qədər nə olubsa hər birinə görə ilk növbədə Allahıma təşəkkür edirəm. İkinci anama təşəkkür edirəm. Bu yaşa qədər nəyə çatmamışamsa 2026-cı ildən onu gözləyirəm”.
Samirə Yusifqızı bildirib ki, heç vaxt ər çörəyi yeməyib:
“Bu yaşa qədər ər çörəyi yeməmişəmsə, bu yaşdan sonra da yeməyəcəm. Çünki Allah mənə onu nəsib etməyib. Allah məni elə yaradıb ki, özüm həm kişiyəm, həm də qadın. Əgər indiyə qədər balalarımı gözləmişəm, onları yad kişinin əlinə verməmişəmsə, bundan sonra mənə heç ər lazım deyil. Mənim ərim nəvəmdir, oğlumdur, qızımdır, anamdır. Bundan sonra hansı ərin çörəyini yeyəcəm? Durub 70 yaşlı kişiyə ərə gedim? Mənim özümün 60 yaşım olacaq. Kimisə basdırmağa, halvasını yeməyə gedirəm? Lazım deyil. Özümdən kiçiyə də getmərəm. Xasiyyətlə, savad, dünyagörüşləri tamam fərqlidir. Bundan sonra gedib kiminsə corablarını yumaq lazım deyil. Qoy mənim corablarımı yusunlar (gülür), - deyə müğənni bildirib.