Kreml rəhbəri Vladimir Putin ABŞ Prezidenti Donald Trampı manipulyasiya etməkdə ustadır və bu səbəbdən də Tramp Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının mümkün olduğuna inanır. Lakin Rusiya iqtisadiyyatını məhv edən və Kremli buna əməl etməyə məcbur edən Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalara baxmayaraq, Putin hələ də Ukraynadakı müharibə ilə bağlı niyyətlərindən geri çəkilənə bənzəmir.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə "Politico" yazır.
İpə-sapa yatmayan Putin...
Putini müharibə zonasında qan tökülməsindən və ya Ukraynanın rusların benzin üçün uzun növbələrdən şikayətlənməsinə səbəb olan Rusiya neft emalı zavodlarına dron hücumlarının vurduğu ziyan dayandırmır. Kreml lideri, xüsusən də Ukrayna əraziləri ilə bağlı maksimalist tələblərində israr etməkdə davam edir.
Eyni zamanda Ukrayna lideri Vladimir Zelenskinin mənfi ictimai reaksiyaya səbəb olmadan sülhə nail olmaq cəhdində nələrə razı ola biləcəyi ilə bağlı müəyyən daxili siyasi məhdudiyyətlər mövcuddur.
Tramp sülh razılaşmasının mümkün olduğuna inanmağa meyillidir...
Tramp dəfələrlə Putinin Ukrayna məsələlərində inadkarlığının onu "məyus etdiyini" bildirib. Bununla belə, o, hələ də sülh razılaşmasının mümkün olduğuna inanmağa meyillidir.
"Rusiya lideri Trampı necə manipulyasiya etməyi bilir və amerikalı həmkarına yanaşmasını qüsursuz şəkildə zamanlayır", - "Politico" yazır.
Media müharibənin davam etdirilməsinin Putin üçün faydalı olduğunu ehtimal edir. Müharibə qəfil başa çatarsa, onun Rusiyadakı rejimi təhlükə altında ola bilər.
"New Eurasian Strategies Centre"nin(Yeni Avrasiya Strategiyaları Mərkəzi") sosioloqu Ella Panyax hesab edir ki, hərbi iqtisadiyyatdan sürətli bir şəkildə uzaqlaşmaq təhlükəli sosial-siyasi qarşıdurmalara səbəb olacaq.
Ukrayna və Rusiyada mövcud olan problemlər...
Ukraynanın da vəziyyətini çətinləşdirə biləcək bir sıra problemləri mövcuddur. İnsan qüvvəsinin çatışmazlığı səbəbindən cəbhə xəttində Rusiya ordusunun irəliləməsi riski var. Buna görə də Putin tələblərində israr etməyə davam etməklə aşağıdakılara nail olacağına inanır:
-Daha çox Ukrayna ərazisi;
-Qərbin "dəyərsiz olacaq qədər qeyri-müəyyən təhlükəsizlik zəmanətləri ;
-Müharibədən sonra Ukrayna ordusunun sayına məhdudiyyət.
Eyni zamanda, Rusiya ölkənin enerji infrastrukturuna zərbə vurmağa davam etdikcə Ukrayna "çətin vəziyyətə" düşə bilər. Bunun müqabilində Avropa müttəfiqləri Ukraynaya kifayət qədər maliyyə təmin edə bilmirlər.
Rusiya da öz növbəsində bir sıra problemlərlə üzləşir. İqtisadiyyat əsasən yüksək faiz dərəcələri və işçi qüvvəsi çatışmazlığı səbəbindən əziyyət çəkir, Rusiya bankları isə "ümidsiz borc" riski ilə üzləşə bilər.
Buna görə də qəzetin analitikləri Trampın 2026-cı ildə Ukrayna ilə Rusiya arasında sülh sazişinə çatma şansını yalnız dörddə bir nisbətində qiymətləndirirlər.
Xatırladılır ki, 2 yanvarda "New York Times" qəzeti Trampın mövqeyinə görə ABŞ-ın təhlükəsizlik zəmanətlərinin boş qala biləcəyini bildirmişdi.
30 dekabrda "CNN" Floridadakı görüşdən sonra Trampın Ukraynaya təzyiq göstərməyə davam etdiyini və Kremlin ritorikasını təkrarladığını bildirmişdi.
S.Laçın