“Şəfiqə xanım hamını ağladırdı, məni imtahandan kəsdi, dedi ki, bilərəkdən etdim ki...”-FOTO+ÖZƏL
Ekskluziv
1346
20:33, Bu gün

“Şəfiqə xanım hamını ağladırdı, məni imtahandan kəsdi, dedi ki, bilərəkdən etdim ki...”-FOTO+ÖZƏL

“Mən ümumiyyətlə aktyor olmaq barədə düşünmürdüm. Universitetdə rejissorluqdan imtahan vermişdim. Elə oldu ki, Şəfiqə xanım Məmmədova seçim turlarında mənim aktyorluq balımı yüksək yazıb, pulsuza keçirdi, rejissor imtahanından isə məni kəsdi. Öncədən də demişdi ki, “sən aktrisa olmalısan”. Şəfiqə xanım imtahanlarda bir az sərt olurdu. İmtahandan çıxan qızlar ağlayırdı, hərəsinə bir söz deyirdi. Mən içəri daxil olanda tamam başqa ab-hava ilə qarşılaşdım. Dedi ki, “mən səni gələcəkdə də aktrisa kimi görürəm və inanıram ki, bu peşənin arxasınca gedəcəksən”. Mənim heç ağlıma da gəlmirdi ki, aktyorluqda oxuya bilərəm. Hər şey qismətə bağlı bir məsələ idi. Ona görə də aktyorluqda oxumağa məcbur oldum”

Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər teatrının aktrisası Fidan Əliyeva deyib. 


“4-cü kursda oxuyanda Akademik Musiqili teatra getdim. Demişdilər ki, aktyor axtarırlar. Orada seçim turlarında Şəfiqə xanım oturmuşdu. Təsəvvür edirsiniz, ilk mahnımı oxuyan kimi Şəfiqə xanım məni tanıdı. Dedi ki, “mən sənə o vaxt özüm imtahanda yüksək balı yazmışdım ki, aktrisa olasan”. Demişdi ki, “tələsmə, universiteti bitirib, gələrsən”. Elə oldu ki, mən ora getmədim. Qismətimdə Bakı Uşaq və Gənclər teatrı var idi. Artıq 4-cü ildir ki, bu teatrda çalışıram. Əslində Bakı Uşaq və Gənclər teatrına tam təsadüfən gəlmişəm. Rəfiqəmlə gəlmişdim, o bu teatrda işə düzəlmək istəyirdi. Mənim diplomum olduğu üçün işə məni götürdülər. Çox tamaşalarda çıxış etmişəm. Artıq ikinci ildir ki, tamaşalarda ən çox oynayan aktrisa kimi təşəkkürnamə alıram. Böyüklər üçün də, azyaşlılar üçün də tamaşa oynayıram. Daha çox uşaq tamaşalarında oynamışam. Yaşımın çox olmasına baxmayaraq qat-qat aşağı yaşda görünürəm. Əksər tamaşalarda varam. Çox sevinirəm ki, bu teatrın aktrisasıyam. Kollektivimi çox sevirəm. Hamısı çox yaxşıdır. Bir neçə il sonra da özümü burada görürəm” deyə o bildirib.


O filmlərdə çəkilməməsini belə izah edib:


“Mən film və serial çəkilişlərində çox iştirak etməyi sevmirəm. Beynim bir az tez yorulur. Teatrda çalışmaq daha rahatdır. İnkişaf var. Saatlarla gözləmək, çəkiliş meydançalarında olmaq mənlik deyil. 1-2 saatlıq iş olanda ona gedə bilirəm. Bir neçə dəfə dəvət almışam, amma hamısından imtina etmişəm. Bəzən deyirəm ki, kaş çəkilərdim. Bu sahə ilə bağlı tam qərar verə bilmirəm. Aktrisa olaraq universitetə qəbul olandan sonra fikrimdə teatr aktrisası olmaq yarandı. Belə də davam edir. Doğru deyiblər ki, “niyyətin hara, mənzilin də ora” deyə aktrisa bildirib.

Link kopyalandı!
Son xəbərlər