“Mənəvi dəyərlərimiz əcdadlarımızın bizə əmanətidir”
Ekskluziv
388
20:50, Bu gün

“Mənəvi dəyərlərimiz əcdadlarımızın bizə əmanətidir”

“Mənəvi dəyərlərimiz əcdadlarımızın bizə əmanətidir”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildiirb. Xalq artisti qeyd edib ki, bu dəyərlərin qorunması xalqımızın tarixinin, özüəməxsusluğunun qorunması deməkdir:

“Mənəvi dəyərlər xalqımızın milli özünəməxsusluğu, milli zənginliyi və ruhi güc mənbəyi deməkdir. Bu dəyərlərin pozulması, tənəzzülə uğraması xalq üçün ağır, faciəvi nəticələrə səbəb ola bilər. Çünki bu dəyərlər əsrlərin dərinliyindən süzülərək formalaşıb, xalqımızın inkişafında özünəməxsus rol oynayıb. Buna görə də həmin dəyərlərin qorunması, gələcək nəsillərə olduğu kimi ötürülməsi olduqca vacibdir”.

Xalq artisti müasir dünyamızda mənəvi dəyərlər üçün ciddi təhdid yaradan halların mövcudluğuna diqqət çəkib:

“Təəssüflər olsun ki, bu gün müasir dünyamızda mənəvi dəyərlərlə bağlı ciddi təhdidlər, təhlükələr mövcuddur. Bu təhlükələr fonunda mənəvi dəyərlərin qorunması, bu dəyərlərə olan bağlılığın qorunub saxlanılması ikiqat əhəmiyyətə malikdir. Unutmaq olmaz ki, xalqın inkişafı, öz saflığını, özünəməxsusluğunu qoruması bu dəyərlərlə bağlıdır. Biz işğaldakı torpaqlarımızı bu dəyərlər sayəsində azad etdik. Gənclərimiz məhz milli-mənəvi dəyərlərimizə söykənərək düşmənə meydan oxudu, cəmi 44 gün ərzində erməni faşizmini darmadağın etdi. Bu fakt bir daha sübut edir ki, mənəvi dəyərlərimiz bizim üçün müqəddəs və toxunulmazdır”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər