"Medvedevin təhqirləri və iyrənc fantaziyaları Zelenskini hədəfə alıb..."
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı təhqiramiz ifadələrlə çıxış edib və "spirtlənmiş cəsəd", Kunstkamera və rus çarları barədə eybəcər fantaziyalarını bölüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri yazıb.
Medvedevin birbaşa çıxışı və ittihamları
Medvedev bildirib ki, "zənglərin sədası altında deyiləcək xoş sözlər hələ qarşıdadır". Bununla belə, o, "xoş olmayan" yeganə arzusunu indidən səsləndirdiyini deyib.
Onun sözlərinə görə, "bu yaxınlarda hansısa parça-parça eybəcər bir məxluq "bir nəfərin" ölümünü arzulayıb”. (Zelenski Milad müraciətində ukraynalıların bir arzusu olduğunu bildirmişdi: "Qoy o (Rusiya prezidenti Vladimir Putin - red.) gəbərsin"- red.).
Medvedev iddia edib ki, Zelenski əslində təkcə "bir nəfərin" deyil, "hamımızın və ölkəmizin" məhvini istəyir. O, əlavə edib ki, Zelenski guya Putinin ölümünü arzulamaqla kifayətlənməyib, eyni zamanda "kütləvi hücumlar üçün göstərişlər də verib".
Təhqir dolu fantaziyalar və açıq nifrət dili
Medvedev yazıb ki, o, Zelenskinin zorakı ölümü barədə danışmayacaq, baxmayaraq ki, "ölüm hazırda bu alçağın nəfəsini arxasında hiss etdirir". Bunun əvəzinə o, "elmi məqsədlər üçün" başqa bir arzu dilədiyini bildirib.
Medvedevin fikrincə, Zelenskinin "tezlikləki ölümündən sonra" onun "yaşıl homunkulu xatırladan spirtlənmiş cəsədi" Sankt-Peterburqdakı Kunstkamerada sərgilənməlidir. Onun sözlərinə görə, bu muzeydə vaxtilə rus çarları "eybəcərləri gələcək nəsillərin əyləncəsi üçün toplayıblar".
Medvedev əlavə edib ki, həmin "nümunə" diqqətlə tədqiq olunmalıdır, çünki guya qarşılarında "Tukan bürcündə yerləşən cırtdan qalaktikadan gəlmiş, "scurra sordidus" adlı xüsusi irqə məxsus daha bir yadplanetli ola bilər". O, qeyd edib ki, latın dilində bu ifadə "çirkli təlxək" mənasını verir.
"Son il"mesajı və dil qalmaqalı
Sonda Medvedev yazıb: "Beləliklə, onların kiçik-tukan ləhcəsində deyildiyi kimi: "Z ostatnim rokom, faking pappet!" (ehtimal ki, ingiliscə "puppet" - kukla, marionetka sözündəndir- red.).
Medvedevin bu son cümləsindən onun hansı dili - ukraynaca, yoxsa Amerika ingiliscəsini "ləhcə" hesab etdiyi aydın olmur.
Zelenskiyə qarşı sui-qəsd cəhdləri
Ukraynanın hüquq-mühafizə orqanları dəfələrlə Rusiyanın Ukrayna prezidentinin və ölkənin ali hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinin fiziki məhvi ilə bağlı planlarının qarşısının alındığını bəyan ediblər. Hələ 2022-ci ilin martında Prezident Ofisinin nümayəndəsi bildirmişdi ki, Vladimir Zelenski artıq ondan çox sui-qəsd cəhdindən sağ çıxıb.