Bizi sosial şəbəkələrdən izləyin:
Lori rayonunun ümumi yurisdiksiyalı mülki məhkəməsi Putinin hazırda həbsdə olan milyarder "desant"ı Samvel Karapetyanın Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryana qarşı açıq üzr istəməsi, təkzib etməsi və 9 milyon dram təzminat ödəməsi ilə bağlı iddiasını rədd edib.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, iddia ərizəsi Nazeli Baqdasaryan tərəfindən bu il iyunun 17-də "Facebook"-da Samvel Karapetyanı tənqid edən paylaşımla bağlı qaldırılıb.
Məhkəmə iddiaçının arqumentlərini qəbul etməyib və Nazeli Baqdasaryanın paylaşımında təhqir və böhtan olmadığını müəyyən edib.
Nazeli Bağdasaryanın maraqlarını məhkəmədə "AM" hüquq firmasının əməkdaşı vəkili Arman Nersisyan müdafiə edib.
S.Laçın