“Rusiya cinayətkarları gizlədirsə, deməli, Azərbaycana qarşı düşmən mövqedədir...”
Ekskluziv
551
10:45, Bu gün

“Rusiya cinayətkarları gizlədirsə, deməli, Azərbaycana qarşı düşmən mövqedədir...”

“Bizim əlimizdə ancaq Qazaxıstan istintaqının obyektiv nəticələri var və bu nəticələrə arxalanıb Azərbaycanın Rusiya tərəfini Beynəlxalq Məhkəməyə vermək hüququ var...”
 
“Əslində Azərbaycan tərəfi təyyarəmizin vurulduğu andan istintaq işi açmalı və həqiqəti xalqa çatdırmalı idi...”
 
“O da var ki, Prezidentimizin Rusiya  prezidentinin qarşısına qoyduğu haqlı tələbləri bütün Azərbaycan dəstəkləyir...”
 
Xəbər verildiyi kimi, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Bakıya göndərdiyi məktubda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verildiyini açıqlayıb.  Təbii ki, bu o deməkdir ki,  indən belə Rusiyanın Azərbaycana təzminat ödəcəyini gözləmək olmaz. Bəs görəsən, bundan sonra Azərbaycanın məsələ ilə bağlı hansı addımları atmaq imkanı var? Bizim müstəqil istintaq başlatmaq və Rusiyanı beynəlxalq məhkəməyə vermək üçün yetərincə haqqımız yoxdurmu? Əgər bu addımı atsaq, Kreml - Putin buna necə reaksiya verər?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
 
“Bastrıkinin  Azərbaycan təyyarəsinin vurulmasıyla bağlı cinayət işinə xitam verməsi indiyədək Rusiya tərəfindən cinayət işinin ört-basdır edilməsi üçün atılan addımların davamıdır. Onlar anlamırlar ki, Qazaxıstan tərəfindən bu cinayətlə bağlı daha obyektiv və ətraflı tədqiqat aparılıb və Rusiyanın günahkar olduğu bəyanatı verilib.
 
Əlbəttə ki, Azərbaycanın haqq-ədalətin təmin olunması, günahkarların ortaya çıxarılması və cəzalandırllması tələbi haqlı tələbidir. Əgər Rusiya tərəfi bu cinayətkarları gizlədirsə, cəzalandırmırsa, deməli, bu ölkə Azərbaycana qarşı düşmən mövqeyindədir…
 
Əslində Azərbaycan tərəfi təyyarəmizin vurulduğu andan istintaq işi açmalı və həqiqəti xalqa çatdırmalı idi. Bizim əlimizdə ancaq Qazaxıstan istintaqının obyektiv nəticələri var və bu nəticələrə arxalanıb Azərbaycanın Rusiya tərəfini Beynəlxalq Məhkəməyə vermək hüququ var. Ermənistanı verdiyi kimi...
 
O ki qaldı Vladimir Putinə, o, əlindən gələni edəcək ki, Azərbaycanla strateji əməkdaşlığı itirməsin. Kreml rəhbəri yaxşı bilir ki, Azərbaycanla əlaqələri pozsa, bütün Qafqazı itirəcək. Putinin Qafqaza can atması ilk növbədə Azərbaycanın tranzit yollarının tamlığı ilə işləməsi ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin  təyyarənin vurulması ilə bağlı qətiyyətli tələbləri yerinə yetirilməyənə qədər inanmırıq ki, Azərbaycan tərəfi Rusiya ilə sərhədləri açacaq. O da var ki, Prezidentimizin Rusiya  prezidentinin qarşısına qoyduğu haqlı tələbləri bütün Azərbaycan dəstəkləyir...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər