“Çox təəssüf ki, bəzi analar uşaqlardan “silah” kimi istifadə edir, bu cinayət məsuliyyətidir” - boşanmalardakı PROBLEM+ÖZƏL
Ekskluziv
1115
08:35, Bu gün

“Çox təəssüf ki, bəzi analar uşaqlardan “silah” kimi istifadə edir, bu cinayət məsuliyyətidir” - boşanmalardakı PROBLEM+ÖZƏL

“Uşaqlar sağlam ailə mühitində böyüməlidir. Təəssüf ki, bəzi hallarda valideynlər ayrılır, uşaq isə ya anasına, ya da atasına göstərilmir. Amma qanunvericiliyə görə övlad ana və atası ilə ünsiyyət hüququna malikdir. Boşanma zamanı uşağın hansı valideynin yanında qalması, onun mənafeləri əsas götürülməklə məhkəmə tərəfindən həll edilir. Lakin bu o demək deyil ki, digər valideyn uşaqla ünsiyyət və onun təlim-tərbiyyəsində iştirak etmək hüquqlarından məhrum edilir. Uşaqla ünsiyyət hüquqları ailə məcəlləsində öz əksini tapmışdı. Ailə məcəlləsinin 50-ci, 61 və 62-ci maddəsində əsasən valideynlərin və digər qohumların uşaqla ünsiyyət hüquqları vardır. Əgər uşaqla yaşayan valideyn tərəfindən bu hüquqların həyata keçirilməsinə süni olaraq maneələr yaradılırsa, digər valideyn və qohumları uşaqla ünsiyyət barədə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə bu zaman uşağın mənafelərini əsas götürməklə onunla görüş vaxtını müəyyən edir. Çox təəssüf ki, əksər hallarda uşaqlar qarşı tərəfə silah kimi istifadə edilir”.
 
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Nəriman Məmmədli bildirib. O daha sonra bildirib ki, bəzən valideyn məhkəmənin qərarına zidd hərəkət edir. Belə olan halda həmin şəxs inzibati xətalar məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur:
“Valideynlər onu bilməlidirlər ki, uşaqlar onların münasibətlərinin qurbanı olmamalıdırlar. Belə ki, uşağın həm ana qayğısına, həm ata sevgisinə, bir sözlə geniş ailəyə ehtiyacı var. Qanunvericilik də uşağın bu hüquqlarını qoruyur. Bu kimi hallar həm uşağın psixoloji inkişafına zərər vurur, həm də qanunvericilik pozuntusudur. Belə ki, uşağın digər valideynlə ünsiyyətdə olmasına maneəçilik törətmək həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər. Uşağa bu cür fikirlərin aşılanması-digər valideynlə ünsiyyətdə olmasına qadağalar, onun pislənməsi ailədaxili zorakılıq kimi qiymətləndirilə bilər. Uşağın öz fikrini bildirmək hüququ yarananda onlar ata yaxud anada qalmalarını seçə bilərlər. Bu zaman məhkəmə də uşağın istəyinə uyğun qərar verir”, - deyə hüquqşünas bildirib.
Link kopyalandı!
Son xəbərlər