Qərbin əxlaq devizi: Ədalət mütləqdir, lakin pul ondan da vacibdir!
Ekskluziv
2369
15:11, Bu gün

Qərbin əxlaq devizi: Ədalət mütləqdir, lakin pul ondan da vacibdir!

Artıq bir neçə əsrdir ki, Qərbin bütün dünyaya “demokartik dəyərlər” ixrac etdiyi, ən azından özünü bu statusda təqdim etdiyi kimsəyə sirr deyil. İnsan haqları, beynəlxalq hüquqa hörmət və ehtiram, sülh və ədalət Qərb dövlətlərinin beynəlxalq platformada ən çox gündəmə gətirdiyi dəyərlərdən biridir. Lakin maraqlıdır ki, dünyanı dəvət etdiyi bu dəyərlərə Qərbin özünün münasibəti bəzi hallarda mübahisəli, bəzi hallarda isə aşkar təzadlıdır. Bunu anlamaq üçün Qərbin işğal dönəmində Azərbaycanın Ermənistan ordusunun nəzarətində olan ərazilərində törətdiyi talanlara nəzər salmaq kifayətdir.

Xatırladaq ki, 30 ilə yaxın işğal dönəmində Qərbin bir sıra şirkətləri qanunsuz olaraq işğaldakı torpaqlarımızda təbii sərvətlərin talanması ilə məşğul olmuş, bundan külli miqdarda gəlir əldə etmişdir. Halbuki, Qərbin əlində bayraq etdiyi əxlaq və ədalət, eləcə də beynəlxalq hüquq bu cür fəaliyyəti tamamilə yolverilməz elan edir. Lakin buna baxmayaraq, Qərb dövlətləri və onların şirkətləri təbliğ etdikləri bu dəyərləri görməzdən gələrək Azərbaycan xalqına məxsus sərvətləri vəhşicəsinə isismar etmiş, bununla da, onlar üçün pulun əxlaq və qanundan daha üstün olduğunu isbatlamışdır.

Maraqlıdır ki, işğaldakı torpaqlarımızın talan edilməsində Qarabağ probleminin guya sülh yolu ilə həlli ilə məşğul olan Minsk qrupuna üzv dövlətlər də iştirak etmiş, onlara məxsus bir sıra şirkətlər ermənilərlə birlikdə təbii resurslarımızı mənimsəmişdir. Buna nümunə olaraq qeyd edək ki, Fransa dövlətinin  poliqrafiya məhsullarının çapı ilə məşğul olan “Cartor” şirkəti  “Şuşanın azad olunmasının 20 illiyi”, “Dağlıq Qarabağ Ordusunun yaranmasının 20 illiyi” və s  günlərdə Xankəndidəki nümayəndəliyi vasitəsilə çoxsaylı sifarişlər həyata keçirib, bu sifarişlərdən böyük vəsaitlər əldə ediblər. Fransa mebel və çaxır istehsalından da yüksək gəlir əldə etmiş, bu sahədə ciddi aktvlik sərgiləmişdir. Fransanın “Akopian”, “Vartanian”, “Framation”, “Mak-Mak Adams”, “Pemod Richard”  mağazalar şəbəkəsi də işğaldakı torpaqlarımızda uzun müddət fəaliyyət göstərmişdir.

Almaniya, İngiltərə, Kanada  və digər dövlətlərin də şirkətləri işğaldakı torpaqlarımızın talanmasında iştirak etmiş, bundan milyonlarla dollar məbləğində vəsait əldə etmişdir. Təəssüflər olsun ki, nə həmin dönəmdə, nə də işğaldakı torpaqların azadlığı təmin ediləndən sonra Qərb dövlətləri bu şrikətlərin cəzalandırılması istiqamətində heç bir addım atmamış, Azərbaycan xalqına məxsus sərvətlərin talanmasından əldə edilən vəsaitin geriyə - Azərbaycana qaytarılması təmin edilməmişdir. Halbuki, Azərbaycan xalqından oğurlanan bu vəsaitin ölkəmizə - həmin vəsaitin əsl sahibi olan Azərbaycan dövlətinə qaytarılması vacibdir. Əxlaq da, beynəlxalq hüquq da bunu tələb edir. Və ümid edək ki, Qərb nə vaxtsa pulun deyil, əxlaqın və hüququn səsinə qulaq asacaq, oğurldığı pulları Azərbaycana qaytarmaqla öz günahını qismən də olsa yuyacaq.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər