“Həmin uşaqlarda qusma, kəkələmə, tərləmə halları başlayır, psixikasına...”-HƏYƏCAN təbili-ÖZƏL
Ekskluziv
2899
14:42, Bu gün

“Həmin uşaqlarda qusma, kəkələmə, tərləmə halları başlayır, psixikasına...”-HƏYƏCAN təbili-ÖZƏL

“Müasir dövrdə cizgi filmləri izləməyən uşaq təsəvvür etmək mümkün deyil. Hazırda uşaqlar əksər vaxtlarını cizgi filmi izləməklə keçirirlər. Təəssüf ki, son dövrlər xaricdə istehsal olunan cizgi filmlərin əksəriyyətində şiddət, qorxu və etikadan kənar səhnələrə yer verilir. Uşaqların hafizəsi daha iti olduğu üçün bu ifadələr onların yaddaşında qalır, sonradan bunları da təlqin etməyə çalışırlar. Elə bu səbəbdən də bir çox valideynlər haqlı olaraq uşaqlarının istənilən cizgi filmini izləməsinə birmənalı yanaşmırlar. Biz dəfələrlə bu mövzu ilə bağlı həyəcan təbili çalmışıq. Valideynlər övladlarına yaş dövlərinə uyğun cizgi filmləri izləməyə icazə verməlidir.

12 yaşa qədər olan uşaqlarda qorxulu cizgi filmlərinə və yaxud filmlərə baxanda tərləmə, qusma, kəkələmə və yaxud da digər hallar güclənməyə başlayır və onun psixikasına zədə verə bilir. O yaş dövrünə qədər uşaqları mümkün qədər uşaqlıqlarından çıxarmaq olmaz. Uşaqlarda qorxu hissi qoruma hissi ilə əvəz olunmayana qədər bunlar qorxulu filmlərə baxırsa bu uşaq psixikasında dağıdıcı təsir göstərir. Yuxularında, inkişafında və s. sahələrdə”

Bunu Moderator.az-a açıqlamasında psixoloq Nigar Məmmədova bildirib. 


Çoxsaylı animasiya filmlərinə rejissorluq edən, Əməkdar İncəsənət xadimi Elçin Hami Axundov hazırkı dövrdə uşaqlar üçün çəkilən bəzi cizgi filmlərinin keyfiyyətindən narazıdır:


“Ümumiyyətlə qorxulu filmləri uşaqlara göstərmək düzgün deyil. Onsuz da gələcəkdə uşaqlar o qorxuları görəcəklər. Kiçik yaşlı uşaqlar üçün gərək tərbiyəvi, mərhəmətli, dostluq barədə filmlər olsun. Hətta dünyada belə bir eksprimentlər də aparmışdılar. Uşaqlara mərhəmətli filmlər və qəddar filmləri göstərirdilər. Kim qəddar filmə baxırdısa, onlar onlar öz kuklaları ilə qəddar hərəkət edirdi, mərhəmətli filmlərə baxan uşaqların da rəftarında mülayimlik müşahidə olunmuşdu. Çıxış yolu kimi böyük tərbiyəvi əhəmiyyəti olan yerli cizgi filmlərimizə, milli nağıl qəhrəmanlarımıza üstünlük verilməsi daha yaxşı olardı” deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər