“Rusiya-Ukrayna müharibəsi sübut etdi ki, Rusiyanın Qərb qarşısında ən böyük üstünlüyü iqtisadi dayanıqlılıqdır”.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 4 ildir ki, davam edən müharibədə Rusiya iqtisadiyaytın bütün sahələrini qısa zamanda müharibə şəraitinə uyğunlaşdırmağa, onları qələbə üçün səfərbər edə bilib.
Döyüş meydanında sıradan çıxarılan hərbi texnikaların sürətli təmiri və operativ şəkildə yeniləri ilə əvəzlənməsi, mərmi və digər döyüş sursatlarının istehsalının dinamik şəkildə artırılması, aktiv hərbi əməliyyatların davam etdiyi bir zamanda yeni sənaye müəssisələrinin inşası və onların çevik fəaliyyətinin təmini Rusiyanın Qərb qarşısındakı ən böyük üstünlüyü kim dəyərləndirilib.
Nəşr vurğulayıb ki, hadisələrin gedişatı göstərir ki, Rusiya iqtisadiyyatı ağır sanksiyalar altıdna belə inkişaf etməyə, müharibəni daha bir neçə il davam etdirməyə qadirdir. Hansı ki, Qərb iqtisadiyyatının belə bir dayanıqlılığı yoxdur!
Seymur ƏLİYEV