Prezident İlham Əliyevdən Azərbaycan xalqına Yeni il hədiyyəsi...
Ekskluziv
4307
20:03, Bu gün

Prezident İlham Əliyevdən Azərbaycan xalqına Yeni il hədiyyəsi...

Müzəffər Ali Baş Komandan  907-ci düzəlişi də tarixin zibilliyinə yolladı

Xəbər verdiyimiz kimi, 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsinin mətni ABŞ Konqresinin saytında yerləşdirilib.Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanundan həmin maddə ilə əlaqəli bənd çıxarılır.

Qeyd edək ki, bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırırdı. 907-ci maddənin ləğvi Azərbaycana ABŞ-dan birbaşa hərbi və maliyyə yardımı almağa imkan verəcək ki, bu da Azərbaycan Respublikasının, onun Prezidentinin tarixi uğuru, tarixi nailiyyətidir.

907-ci düzəlişin tam şəkildə ləğv edilməsi dünyanın bir nömrəli gücü olan ABŞ-ın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsini qəbul etdiyini, Müzəffər Ali Baş Komandanla dünya səviyyəli lider kimi hesablaşdığını göstərir. 907-ci düzəlişlə bağlı baş verənlər sübut edir ki, Avropanın bir sıra nəhəng dövlətləri ilə arasında siyasi-iqtisadi müstəvidə divar hörən, bütün dünya ilə diktəedici bir dillə danışan ABŞ, Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərməkdə, ölkəmizlə münasibətləri yaxşılaşdırmaq üçün cidid səylər ortaya qoymaqdadır. Bütün bunlar isə heç şübhəsiz Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticisi, labüd sonluğudur.

907-ci maddənin tam olaraq ləğv edilməsi 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın siyasi-diplomatik müstəvidə əldə etdiyi ən böyük uğurlardan biridir. Azərbaycan-ABŞ münasibətlərinin inkişafına əngəl olan, Azərbaycanı dünyaya yanlış səpgidə təqdim edən bu düzəlişin ləğvi iki dövlət arasındakı münasibətlərin mahiyyət etibarilə yeni mərhələyə yüksəlməsi deməkdir. Belə ki, artıq bundan sonra Azərbaycan ABŞ-ın hərbi-maliyyə yardımlarından birbaşa faydalana biləcək ki, bu da həm milli təhlükəsizliyimizin, həm də daha sürətli iqtisadi inkişafımızın təmini baxımından önəmlidir.

Bu mənada 907-ci düzəlişin tam olaraq ləğvini Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına əsl Yeni il hədiyyəsi hesab etmək olar. Biz qarşıdakı illərdə bu hədiyyənin həyatımıza gətirəcəyi müsbət yenilikləri aydın hiss edəcək, diplomatik platformada əldə etdiyimiz bu qalibiyyətin sevincini hər uğrurumuzda  təkrar-təkrar yaşayacağıq. Və hər dəfəsində yaşadığımız sevinclərə, əldə etdiyimiz nailiyyətlərə görə minnətdarlıq duyduğumuz bir isim olacaq: Prezident İlham Əliyev!

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər