Azərbaycan Ordusu erməni faşizminin qeyri-rəsmi müttəfiqlərinin arzusunu necə dəfn edib?
Ekskluziv
5208
18:32, Bu gün

Azərbaycan Ordusu erməni faşizminin qeyri-rəsmi müttəfiqlərinin arzusunu necə dəfn edib?

Bu il Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində düşmən üzərində əldə edilən tarixi zəfərin 5-ci ildönmünü təntənə ilə qeyd etdi. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı bir kəs daha yad edildi, bu müharibədə bəzi qlobal güclərin, iri dövlətlərin Ermənistana verdiyi dəstək yenidən, konkret faktlar əsasında ifşa olundu.

Erməni faşizminə atalıq edən, onların xalqımıza qarşı cinayətlrini dəstəkləyən güclərin bu xəbis əməlinin ən böyük ifşası isə heç şübhəsiz 5 il bundan öncə Silahlı Qüvvələrimiz tərəfindən reallaşdı. Cəmi 44 günlük müharibə dönəmində düşmənə məxsus 5-6 milyard dollarlıq hərbi texmnikanı sıradan çıxaran və ya hərbi qənimət kimi ələ keçirən ordumuz maraqlı bir sualı aktuallaşdırmış oldu: Dilənçi Ermənistan bu qədər bahalı hərbi texnikaya necə sahib olub? Axı Ermənistanın maliyyə gücü ona 5-6 milyard dollarlıq hərbi texnika almağa imkan vermir. Belə olan halda bu qədər bahalı silahları Ermənistana pay verən, onun işğalçılıq siyasətini nəyin bahasına olursa-olsun dəsətkləməkda maraqlı olan hansı dövlətlər olub?

Bu və bu kimi suallar bugünün özündə də cidid maraq doğurmaqda, müzakirə predmetinə çevrilməkdədir. Və bu yerdə yada ilk düşən dövlət Rusiya olur. Rusiyanın həm ötən əsrin 90-cı illərində, həm də yeni əsrin başlanğıcında Ermənistana dəyəri milyard dollarlal hesablanan silah-sursat verdiyi heç kimə sirr deyil. Bu barədə yalnız Azərbaycan deyil, Rusiya mediasnda da yetərincə məlumat yer alıb.

Bu məlumatlarda Rusiyanın Ermənistanı özü nəhəngliyində hərbi bazaya çevrildiyi aydın şəkildə əks olunub. Rusiyanın müharibə dönəmində Moskvaya səfər edən erməni diplomatların təyyarəsini də silah-sursatla doldurduğu, bununla beynəlxalq qanun və konvensiyaları, diplomatik etiket və mədəniyyəti kobud şəkildə pozduğu məlumdur. Və işin ən qəribə, eyni zamanda ən gülünc tərəfi isə 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın arsenalında olan texnikaları ildırım sürəti ilə məhv etdiyi bir zamanda belə Rusiyanın Ermənistana silah-sursat verməkdə davam etməsidir. Hansı ki, verilən silahların işə yaramadığı, bu hərbi texniakaların ordumuzun dağıdıcı hücumu qarşısında aciz qaldığı, bir sıra hallarda hərbçilərimiz tərəfindən ələ keçirildiyi göz önündə idi və bu fakt Ermənistana yeni silahların verilməsini tamamilə mənasız edirdi. Lakin Moskva bütün bunlara baxmayaraq, Ermənistanı hərbi müstəvidə dəsətəkləməkdə davam edir, ona ölümcül raketlər verməklə İrəvanı labüd məğlubiyyətdən xilas etməyə çalışırdı. Fəqət Azərbaycan Ordusu erməni faşizmi ilə yanaşı, onun qeyri-rəsmi müttəfiqlərinin də arzularını döyüş meydanında dəfn etdi. Ermənistan qələbə arzusundan, Rusiya isə milyard dollarlıq silahlarından məhrum oldu. Azərbaycan xalqı bununla bütün dünyaya sübut etdi ki, onun mübarizə əzmi, cəsarət və fədakarlığı hər cür silahdan daha üstün, daha yenilməzdir və bu həqiqət heç vaxt, heç bir situasiyada dəyişməyəcək.

S.Əliyev

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər