Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyədə müxalifətdə olan Xalq Bərabərliyi və Demokratiya Partiyasından (DEM) millət vəkili Ömər Öcalan Haliliye bölgəsindəki müqəddəs tanrı anası erməni kilsəsinin (Germuş) vəziyyətini parlamentin diqqətinə çatdırıb.
Moderator.az xəbər verir ki, "Ermenihaber" nəşrinin yaydığı məlumata görə, deputat qeyd edib ki, sözügedən kilsə Osmanlı dövründən Türkiyədə və beynəlxalq akademik ədəbiyyatda qorunub saxlanılan nadir nümunələrdən biridir. Kilsə 19-cu əsrdə inşa edilmiş və 1915-ci ilə qədər tərk edilmiş erməni pravoslav icması tərəfindən ibadət yeri kimi istifadə edilib.
Öcalan kilsənin tövlə kimi istifadə edildiyini, xəzinə ovçuları tərəfindən zədələndiyini və 2023-cü ildə günbəzin bir hissəsinin uçduğunu qeyd edib. O, kilsənin qorunmasının vacibliyini vurğulayıb və kilsənin vəziyyəti ilə bağlı yazılı suallar Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoya göndərildiyini diqqətə çatdırıb.