Qazaxlar qardaşdır Azərbaycana
Ekskluziv
142
26 Dec 2025 | 23:01

Qazaxlar qardaşdır Azərbaycana

Azərbaycan və Qazaxıstan xalqlarının əbədi dostluq və qardaşlığına həsr olunur.

Könlüm qanad açır Qazaxıstana,

Qədim türk yurduna, türk qalasına.

Canımla, qanımla bağlıyam sana,

Qazaxlar qardaşdır Azərbaycana.

 

Tyan-Şan dağına – Xan Tenqriyə qalx!

Oradan dirçələn Astanaya bax!

Bizdən salam söylə Qazaxıstana,

Qazaxlar qardaşdır Azərbaycana.

 

Xəzər gülümsəyir mavi Balxaşa,

Çünki o bağlıdır doğma qardaşa.

Qoy Tanrı yar olsun bu qədim xalqa,

Qazaxlar qardaşdır Azərbaycana.

 

Orxan-Yeniseyim, qədim kimliyim,

Tarixə nur saçan mədəniyyətim.

Qiymətli sərvətdir Böyük Turana,

Qazaxlar qardaşdır Azərbaycana.

 

İgidlər at çapıb oxu atanda,

Həvəzlə dombraya qulaq asanda,

Eşıq olsun deyirəm igid qardaşa,

Qazaxlar qardaşdır Azərbaycana.

 

Tarixən bağlıyıq biz Türküstana,

Soykökdən boy atan mənəviyyata.

Qanımız qaynayır doğma diyara,

Qazaxlar qardaşdır Azərbaycana.

 

Anar ƏHMƏDOV

DİN-in Daxili Qoşunlarının

“Əsgər” qəzetinin redaktoru, mayor

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər