Diplomatlar, yoxsa qalstuklu qatillər?
Ekskluziv
384
19:53, Bu gün

Diplomatlar, yoxsa qalstuklu qatillər?

44 günlük Vətən müharibəsinin üzərindən 5 il ötsə də, hələ də bu müharibə ilə bağlı bir çox nüanslar cəmiyyətdə ciddi müzakirə mövzusu olmaqda, müxtəlif rakurslardan şərh olunmaqda davam edir. Bu qəbildən olan mövzulardan biri də Rusiyanın müharibədən öncə olduğu kimi, müharibə dövründə də Ermənistaan göstərdiyi təmənnasız hərbi yardımlardır.

Milyard dollarlıq yardımlar və Heydər Əliyevin tarixi etirazı...

Rusiyanın Ermənistana hərbi yardımları Birinci Qarabağ müharibəsi dövründən aktiv xarakter alsa da, atəşkəsdən sonra da bu yardımlar dayanmamaış, əksinə, öz miqyasını əhəmiyyətli dərəcədə artırmışdır. Təkcə 1998-ci ildə Rusiyadan Ermənistana bir milyard dollardan artıq silah-sursat və hərbi texnika verilmişdi ki, bu da Kremlin Azərbycan torpaqlarının erməni işğalında qalmasında nə dərəcədə maraqlı olduğunu göstərir.

Rusiyanın Ermənistana silah yardımları 1998-ci ildən öncə də böyük ölçüdə həyata keçirilmiş, Kremlin bu siyasəti Ulu öndər Heydər Əliyevin haqlı etirazı ilə qarşılanmışdır. Rusiyanın bu addımının sülhə deyil, müharibəyə xidmət etdiyini açıq şəkildə dilə gətirən Ümummilli Lider, Ermənistana verilən silahların bütün regionun, eləcə də Türkiyənin təhlükəsizliyi üçün ciddi təhdid olduğunu vurğulamşdır. Bu baxımdan Ulu Öndərin 6 may 1997-ci ildə Ankarada Türkiyənin NTV televiziyasına verdiyi müsahibə xüsusilə diqqət çəkir. Heydər Əliyev həmin müsahibədə demişdir:

“Bildiyiniz kimi, bu gün mən Böyük Millət Məclisində də söylədim. Ermənistanda Rusiyanın hərbi bazası, əsgəri dəstələri vardır. Bundan başqa Rusiya ilə Ermənistan arasında hərbi iş birliyi barədə anlaşma imzalanıbdır. Bu anlaşma artıq həm Ermənistanın, həm də Rusiyanın parlamentlərində təsdiq olunubdur. Rusiyanın rəsmi orqanlarında - Müdafiə Nazirliyində, parlamentin bir neçə komissiyası tərəfindən aparılan araşdırmalar nəticəsində hər şey aydın oldu, sənədlər tapıldı ki, Rusiya Ermənistana son üç il müddətində bir milyard dollar dəyərində ağır silahlar vermişdir.

Bu, təkcə Azərbaycan üçün yox, bütün bölgədə, o cümlədən Türkiyə üçün çox təhlükəlidir. Mən bu gün Böyük Millət Məclisindəki nitqimdə də bunu anlatdım”.

Vətən müharibəsi vaxtı Moskvadan İrəvana təyyarə dolusu silah daşıyan erməni diplomatlar...

Rusiya ATƏT-in Minsk qrupunun həmtətisiçisi olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi vaxtı da Ermənistanın silahlandırılmasını davam etdirmiş, son ana qədər onu məğlubiyyətdən xilas etməyə çalışmışdır. Bu məqsədlə də Rusiya Moskvaya səfər edən erməni diplomatlarının təyyarələrinə belə silah-sursat yükləyir, onları geriə “əliboş” yola salmırdı. Hansı ki, həmin silahlar erməni faşizmi tərəfindən yalnız Azərbycan hərbçilərinin deyil, həm də  mülki insanların qətlə yetirilməsində istifadə olunurdu. Başqa sözlə desək, müharibə vaxtı Ermənistanın diplomatları da qalstuklu qatil rolunda çıxış edir, Azərbaycan xalqına qarşı erməni faşizminin həyata keçirdiyi soyqırımı siyasətinə hərtərəfli dəstək verirdi. Lakin həm İrəvanın, həm də Moskvanın bütün ciddi-cəhdlərinə baxmayaraq, Vətən müharibəsi Azərbaycanın qəti və parlaq qələbəsi ilə başa çatdı. Ermənistan Rusiya tərəfindən ona peşkəş edilən və dəyəri milyard dollarla hesablanan texnikaları döyüş meydanında atıb qaçmaqla Azərbaycan Ordusu qarşısındakı tarixi acizliyini növbəti dəfə də nümayiş etdirdi.

Bəli, artıq müharibə yoxdur və Azərbaycan işğaldan azad etdiyi torpaqlarda geniş quruculuq işləri həyata keçirir. Lakin Rusiya və Ermənistanın anti-Azərbaycan əməkdaşlığı bu gün xatırlanmaqda, ikrahla yad edilməkdədir. Və heç şübhəsiz günahsız insanların ölümünə rəvac verən bu əməkdaşlıq illər əsrlər sonra nifrətlə damğalanacaq, bütün insanlığa qarşı işlənən cinayət kimi lənətlənəcəkdir.

 

Link kopyalandı!
Son xəbərlər