“Rusiya parçalanmağına parçalanacaq, amma onun ərazisinə Turandan öncə göz dikən Çindir...”
Ekskluziv
639
19:39, Bu gün

“Rusiya parçalanmağına parçalanacaq, amma onun ərazisinə Turandan öncə göz dikən Çindir...”

“Rusiya ərazisində 28-ə qədər türkdilli etnoslar mövcuddur. Həmin etnosları təşkilatlandırmaq və səfərbər etmək mümkündür. Amma...”
 
“İşğalçı Rusiya parçalanmağına parçalanacaq, amma onun ərazilərinə türk dünyasından öncə göz dikən Çindir. Odur ki, əvvəlcə Çindən bu işğalçı ölkənin ərazisi ilə bağlı  təhdidlər ortaya çıxacaq. Hələ Stalin dövründən bəri Çin SSRİ-nin 3 milyon kvadrat kilometrdən çox ərazisinə iddialıdır. Rəsmi Pekin həmin əraziləri əzəli Çin torpaqları hesab edib. Hazırda isə Çində Rusiyanın zəiflədiyini hiss edərək artıq onun bölüşdürülməsinə hazırlıq görürlər. Biz də Türk dünyası olaraq bu məsələdə aktiv rol oynaya bilərik”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında son zamanlar Rusiyanın parçalanağı və yerində Turan yaranacağı barədəki iddiaları şərh edərkən ifadə edib.
 
“Rusiya ərazisində 28-ə qədər türkdilli etnoslar mövcuddur. Həmin etnosları təşkilatlandırmaq və səfərbər etmək mümkündür. Amma hələlik konkret Azərbaycanın da, Türkiyənin də özlərinin həll etməli bir çox problemləri var. Lakin bu dəyişikliklərə uyğun tarixi şərait yetişərsə, dövlətlər və millətlər aktivləşəcək və yeni siyasi inteqrasiyalar meydana gələcək”,- deyə davamında politoloq bildirib.
 
“Ümid edək ki, Rusiya parçalanacaq. Mən buna inanıram, amma bu məsələdə daha aktiv mövqeyi Çin tutacaq. Hələ Şimali Koreyanı demirəm. Koreyalılar da Çin kimi Uzaq Şərqdə tarixən Mancuriya adlandırdıqları Primorski diyarını- Vladivostok ətrafını əhatə edən ərazini özlərinin tarixi torpaqları hesab edirlər. Eyni zamanda Yaponiyanın da Kuril adalarından savayı, Mancuriya ərazisinə də iddiaları var. 1905-1907-ci illərdəki rus-yapon müharibəsi zamanı Yaponiya həmin ərazini ələ keçirmişdi. Bir sözlə, Rusiyanın əlində olan torpaqların böyük əksəriyyəti öz doğma, əzəli torpağı deyil – hamısı ayrı-ayrı ölkələrin, xalqlarındır. Hesab edirəm ki, həmin işğallara görə Moskvanın cavab vermək vaxtı yaxınlaşır...”- Qabil Hüseynli diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər