“Rusiya “İsgəndər M” raketləri ilə bağlı məsələyə aydınlıq gətirməlidir”
Ekskluziv
750
17:20, Bu gün

“Rusiya “İsgəndər M” raketləri ilə bağlı məsələyə aydınlıq gətirməlidir”

Məlum olduğu kimi, Prezident İlham Əliyev Ağdam sakinləri ilə görüşündə 44 günlük Vətən müharibəsinə toxunub, müharibə zamanı bir sıra dövlətlərin Ermənistana dəstək verdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, müharibə zamanı Ermənistan Şuşada ordumuza qarşı satışı qadağan edilən “İsgəndər M” raketlərindən istifadə edib ki, İrəvann bu raketləri necə, hansı yolla əldə etməsi müəmmalıdır.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli, Rusiyanın bu məsələ ilə bağlı konkret mövqe ortaya qoymasının vacibliyini bildirib:

“Təbii ki, Vətən müharibəsi zamanı Azərbaycana qarşı “İsgəndər M” raketindən istifadə edilməsi böyük cinayətdir və bu məsələnin aydınlaşdırılmasına ehtiyac var. “İsgəndər M” raketləri Rusiyada istehal olunur və buna görə də Rusiya tərəfinin bu suala aydınlıq gətirməsi vacibdir.

Bir faktı da qeyd edək ki, müharibəyə qədər Ermənistan ordusunun Qarabağda yerləşdirilən hərbi hissələrində belə bir raketin mövcudluğu ilə bağlı heç br məlumat olmayıb. Aparılan təhlillər göstərir ki, bu raket Şuşaya Ermənistandan atılıb. Sözügedən raketin Ermənistaan verildiyi, yaxud Ermənistanda Rusiyaya məxsus hərbi hissədən atılması məlum deyil və bu, müvafiq araşdırma tələb edir. Ancaq istənilən halda Rusiya Azərbaycanın haqlı tələb və sualını cavablandırmalı, öz məsuliyyətini etiraf etməlidir. Çünki istənilən halda Rusiyanın baş verənlərə görə məsuliyyət daşıdığı birmənalıdır”.

 

Link kopyalandı!
Son xəbərlər