Təyyarənin elektron sistemində öncədən quraşdırılmış proqram olub...
Ekskluziv
4755
12:35, Bu gün

Təyyarənin elektron sistemində öncədən quraşdırılmış proqram olub..."- "Hürriyet"

Türkiyənin "Hürriyet" qəzetinin Türkiyə hakimiyyəti ilə əlaqələri olan köşə yazarı Abdulkadir Selvi bir neçə gün əvvəl Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini daşıyan təyyarənin Türkiyədə qəzaya uğramasının təsadüf olduğu nəzəriyyəsini şübhə altına alıb.
 
Moderator.az xəbər verir ki, ünlü köşə yazarı təyyarənin qəzaya uğramasının səbəbinin təyyarənin elektron sistemində öncədən quraşdırılmış və təyyarə havaya qalxdıqdan sonra aktivləşdirilmiş proqram olduğunu ehtimal etdiyini bildirib.
 
Abdulkadir Selvi təyyarənin Malta bayrağı altında uçduğuna diqqət çəkir və vurğulayır ki, Malta İsrail xüsusi xidmət orqanı “Mossad” və Britaniya kəşfiyyatının intensiv fəaliyyət göstərdiyi ölkələrdən biridir.
 
Bildirilir ki, təyyarə Ankara hava limanından qalxdıqdan 14 dəqiqə sonra elektrik problemləri ilə üzləşib. Kokpit ekranı bir neçə dəfə qaralıb və sonda sıradan çıxıb, nəticədə təyyarə idarəetməni itirərək qəzaya uğrayıb.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə görüşlər keçirdikdən sonra Liviya Silahlı Qüvvələri Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradan Tripoliyə "Falcon 50" təyyarəsi ilə qayıtmalı idi, lakin təyyarə havaya qalxdıqdan qısa müddət sonra hələlik məlum olmayan səbəblərdən qəzaya uğrayıb. Təyyarədə olan 8 nəfərin hamısı, o cümlədən liviyalı general həlak olub.
 
Link kopyalandı!
Son xəbərlər