Bizi sosial şəbəkələrdən izləyin:
Yeni il ərəfəsində Türkiyədə terror aktı həyata keçirməyi planlaşdıran şəxs saxlanılıb.
Moderator.az xəbər verir ki, saxlanılan şəxs İŞİD üzvü olub.
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin (DİN) birgə əməliyyat nəticəsində İŞİD üzvü İbrahim Burtakuçini Malatyada saxlanılıb. Aparılan kəşfiyyat araşdırmaları göstərib ki, Burtakuçin Türkiyədə İŞİD üçün fəaliyyət göstərib, fürsət düşdükdə döyüş bölgələrinə gedərək terror təşkilatı il Təşkilatı birləşmək istəyirmiş. O, Yeni il ərəfəsində Türkiyədə İŞİD üçün terror aktı həyata keçirməyi planlaşdırırmış.
Məlum olub ki, Burtakuçin həm ölkə daxilində, həm də xaricdə çoxsaylı İŞİD tərəfdarları ilə əlaqədə olub. MİT-in dəqiq araşdırmaları nəticəsində onun cari mövqeyi müəyyən edilərək əməliyyat planlaşdırılıb.
Axtarışlar zamanı onun evindən və rəqəmsal cihazlarından İŞİD-ə aid proqramlar və yazışmalar, İŞİD-in “bayrağı”, canlı bomba/fedai əməliyyatları üçün səs yazıları, İŞİD üzvləri və rəhbərlərinə aid şəkillər və videolar, terror təşkilatı üzvləri ilə aparılan görüşlərin qeydləri aşkarlanıb.
MİT və DİN-in birgə fəaliyyəti sayəsində İŞİD-in Türkiyəyə qarşı terror planları pozulub, qrupun üzv qazanma fəaliyyəti ifşa olunub və mümkün terror aktlarının qarşısı alınıb.
Rumiyyə Miraslan