“Xankəndidə Zəfər parkının açılışı tarixi uğurumuzun əbədiləşdirilməsidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmməov bildirib. Millət vəkili qeyd edib ki, bu, tarixi zəfərimzin həm də təbliği deməkdir:
“Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xankəndidəki Zəfər parkının açılışında iştirakı tarixi və qürurverici bir hadisədir. Azərbaycanın tarixi şəhəri olan Xankəndidə belə bir möhtəşəm parkın açılışı sadəcə 8 Noyabr zəfərinin əbədiləşdirilməsi istiqamətində atılan addım deyil. Bu, həm də böyük zəfərimizin təbliği deməkdir. Hansı ki, bu zəfərin, onun əhəmiyyətinin gənclər arasında təbliğinə, gələcək nəsillər tərəfindən dərindən mənimsənilməsinə ciddi ehtiyac var. Çünki yalnız indiki nəsillər deyil, gələcək nəsillər də xalqımızın və dövlətimzin gələcəyi baxımından necə böyük, həlledici zəfər qazandığımızı bilməli, bu zəfərin mahiyyətini dərk etməlidirlər.
Bu baxımdan Xankəndidə Zəfər parkının açılışını mühüm hadisə hesab edirəm. İnanıram ki, bu parkı ziyarət edən hər kəs 5 il öncə əldə etdiyimiz böyük qələbənin əzəmətini öz ruhunda hiss edəcək, bu qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandanımızın, şəhidlərimizin, qazilərimizin fədakarlığını hər zaman ehtiramla yad edəcəklər”.
Seymur ƏLİYEV