Ermənistan səfiri ABŞ prezidenti ilə görüşdü: Tramp Paşinyana üzərində şəxsi yazı olan hədiyyə yolladı...-FOTO
Ekskluziv
3470
10:30, Bu gün

Ermənistan səfiri ABŞ prezidenti ilə görüşdü: Tramp Paşinyana üzərində şəxsi yazı olan hədiyyə yolladı...-FOTO

Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. 
 
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, yeni təyin olunmuş səfirlər üçün təşkil olunmuş tədbir çərçivəsində keçirilən görüşdə səfir Narek Mkrtçyan ABŞ Prezidenti Donald Trampa Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün göstərdiyi ardıcıl səylərə, eləcə də 8 avqustda Ağ Evdə əldə edilmiş tarixi razılaşmaya və imzalanan sənədlərə görə təşəkkürünü bildirib.
 
"Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp Ermənistan xalqını təbrik edərək, onların davamlı sülhə layiq olduğunu vurğulayıb və sülhə yönəlmiş proseslərə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib. 
 
Prezident Tramp həmçinin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın liderliyini və onun sülh prosesindəki mühüm rolunu xüsusi olaraq vurğulayıb. 
 
Prezident Tramp həmçinin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana yüksək təşəkkür əlaməti olaraq üzərində şəxsi yazısı olan hədiyyə təqdim edib"- xəbərdə belə deyilir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər