“Görülən işlər üzəridə Prezidentin şəxsi nəzarəti uğurlarımızın qarantıdır”
Ekskluziv
506
18:16, Bu gün

“Görülən işlər üzəridə Prezidentin şəxsi nəzarəti uğurlarımızın qarantıdır”

Məlum olduğu kimi, Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib, bölgədəki bir sıra müəssisələrin açılışını həyata keçirib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə görülən işlərin əhəmiyyəti ilə bağlı yüksək fikirlər səsləndirib:

“Hər şeydən öncə qeyd edim ki, işğaldan azad edilən ərazilərdə görülən hər bir işdə dövlət başçısının şəxsi nəzarəti mövcuddur. Bu da şübhəsizdir ki, Prezidentin şəxsi nəzarəti işğaldan azad edilmiş ərazilərdəki uğurlarımızın qarantıdır.

Dövlət başçısının Xankəndiyə son səfəri və bu səfər əsnasında həyata keçirilən açılışlar bir daha sübut etdi ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişi böyük vüsətlə davam etməkdədir. İstər sosial, istərsə də iqtisadi baxımdan həyata keçirilən böyük layihələr, bu layihələrin sadəcə bu gün deyil, həm də gələcək baxımından əhəmiyyəti işğaldan azad edilən ərazilərimizdə görülən işlərin miqyas tanmadığını, öz əzəməti ilə bütün dünyanı heyrətləndirdiyini göstərir. Görülən işlərin təhlili onu deməyə əsas verir ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əiliyevin rəhbərliyi altında işğaldan azad edilən əraziləri cənnətə çevirməkdə, bu coğrafiyanı dünya əhəmiyyətli mədəni-iqtisadi güc mənbəyinə çevirməkdə davam edir. Biz buna görə Prezident İlham Əliyevə təşəkkür edir və hər bir vətəndaşımızı bundan sonra da dövlətimizin yanında olmağa, onun işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi nəhəng quruculuq işlərində yaxından iştirak etməyə səsləyirik”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər