“Azərbaycan MDB üzvlüyündən çıxarsa...”
Ekskluziv
316
17:37, Bu gün

“Azərbaycan MDB üzvlüyündən çıxarsa...”

“Oktyabr ayında Rusiya prezidenti Vladimir Putin vurulmuş zərərə görə, həmçinin həlak olanların ailələrinə və yaralılara kompensasiya ödəniləcəyinə, hadisəyə hüquqi qiymət veriləcəyinə söz versə də, həmin vədinə əməl etmədi...” 
 
“Azərbaycan Prezidenti MDB-nin qeyri-rəsmi tədbirinə qatılmamaqla doğru qərar verdi. O mənada ki, ötən il bu ərəfədə Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmasında vuruldu və vətəndaşlarımız həlak oldu. Və oktyabr ayında Rusiya prezidenti Vladimir Putin vurulmuş zərərə görə, həmçinin həlak olanların ailələrinə və yaralılara kompensasiya ödəniləcəyinə, hadisəyə hüquqi qiymət veriləcəyinə söz versə də, həmin vədinə əməl etmədi. İlham Əliyevin də Rusiyaya budəfəki səfəri baş tutmadı...”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Prezidentinin MDB dövlət başçılarının hər ilin sonunda Sankt-Peterburqda keçirilən ənənəvi qeyri-rəsmi görüşünə qatılmamasının guya yaxın gələcəkdə ölkəmizin MDB üzvlüyündən imtina edəcəyinə bir işarə olması haqda yayılan fikirlərə münasibət bildirərkən səsləndirib. 
 
“Amma bütün bunlar ondan xəbər vermir ki, Azərbaycan Müstəqil Dövlətlər Biriyini tərk edəcək. Düzdü, bu təşkilat əslində formal xarakter daşıyır. Lakin Azərbaycan MDB üzvlüyündən çıxarsa, hesab edirəm ki, Rusiya ilə münasibətlərdə gərginlik daha da arta bilər. Bu isə indiki durumda dövlətimizə lazım deyil. Ona görə də MDB-dən böyük ehtimalla çıxmayacağıq, amma özümüzün müstəqil siyasətimizi də davam etdirəcəyik. Və əslində belə bir məsələ gündəmdə deyil. Bu sadəcə media tərəfindən yayılmış bir fikirdir”, - deyə davamında politoloq diqqətə çatdırıb.
 
Link kopyalandı!
Son xəbərlər