Son illər Ermənistanın silah idxalını əhəmiyyətli dərəcədə artırması müşahidə edilir. İrəvanın cari ilin dekabrında Fransa ilə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalaması da Ermənistanın öz hərbi gücünü artırmaq istəyindən xəbər verir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyən qüvvələr olduğunu bildirib:
“Hələlik Azərbaycan üçün ciddi hərbi təhlükə mövcud deyil. Azərbaycan Ordusunun həm say tərkibi, həm də hərbi texnika ilə təchizatı Ermənistan ordusundan qat-qat yüksəkdir. Azərbaycan Ordusunun döyüş potensialı da Ermənistan ordusu ilə müqayisə edilməyəcək səviyyədə yüksəkdir. Amma istənilən hadla Ermənistanın silahlanması arzuedilməz bir prosesdir. Bu, Cənubi Qafqazda hərbi-siyasi gərginliyin artmasına təsir göstərən faktorlardan biridir.
Onu da nəzərə almaq lazımdır ki, Avripa Birliyinə bağlı qurumlar adərtən Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər. Cənubi Qafqazda hərbi-siyasi gərginliyi maksimum həddə çatdırmaq üçün əllərindən gələni edirlər. Bunların arxasnda Fransanın yürütdüyü siyasət dayanır.

Fransa Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən bir dövlətdir. Fransa Cənubi Qafqazda Ermənistanı özünə strateji müttəfiq olaraq seçib və onu hərbi cəhətdən gücləndirməyə cəhd göstərir. Bütün bunlara paralel olaraq Fransa Avropa Birliyinə bağlı qurumların Azərbaycana qarşı qərəzli kampaniya aparmasına da planlı şəkildə dəstək verir.
Həm indi, həm də yaxın gələcəkdə Fransa və bu ölkəyə bağlı Avropa qurumları Cənubi Qafqzda geopolitik situasiyanın gərginləşməsi, hərbi münaqişə təhlükəsiznin yaradılması baxımından Ermənistadna istiufadə edə bilərlər. Yəni Ermənistanı yenidən hərbi alət olaraq yararlana bilərlər. Bu ehtimalları nəzərə aldıqda Ermənistanın silahlandırılması yalnız Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz üçün neqativ nəticələr verəcək faktor hesab edilə bilər”.
Seymur ƏLİYEV