“Bu, dövlətimizin jurnalist əməyinə verdiyi yüksək qiymətin təzahürüdür”
Ekskluziv
3815
13:24, Bu gün

“Bu, dövlətimizin jurnalist əməyinə verdiyi yüksək qiymətin təzahürüdür”

“Çoxlu sayda jurnalistin “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi dövlətimizin jurnalistlərin əməyinə və xidmətinə verdiyi yüksək qiymətin təzahürüdür”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Ekspert qeyd edib ki, Azərbaycan jurnalsitləri bütün kritik məqamlarda dövlətin və xalqın yanında olduğunu sübut edib:

“Jurnalistlərimiz hər zaman – bütün həlledici məqamlarda dövlətimizin və xalqımızın yanında olub, milli maraqlarımızı qətiyyətlə müdafiə ediblər. Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində yaşananlar buna nümunədir. Hər iki müharibədə Azərbaycan jurnalisti Azərbaycan əsgəri ilə eyni səngəri bölüşdü, düşmənin vəhşiliklərini, əsgərlərimizin qəhrəmanlıqlarını ön xətdən bütün dünyaya çatdırdı. Media nümayəndələrimiz qorxu bilmədən, yorulmadan, usanmadan öz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Bu faktın özü jurnalistlərimizin fədakar fəaliyyətinin isbatıdır.

Mən jurnalistlərimizin əmyinə verdiyi yüksək qiymətə görə dövlətimizə, Prezidentimizə, Medianın İnkişafı Agentliyinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, dövlətimizin media nümayəndələrimizə göstərdiyi bu etimad onların bundan sonrakı fəaliyyətləri üçün ciddi sitimul olacaq, jurnalistlərimizi yeni uğurlra həvəsləndirəcək”.

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər