“Rusiyada boyumu uzatmaq istədim, həkim dedi ki, Pirşağıdakı “Qızılqum”-a get”-FOTO+ÖZƏL
Ekskluziv
5067
12:51, Bu gün

“Rusiyada boyumu uzatmaq istədim, həkim dedi ki, Pirşağıdakı “Qızılqum”-a get”-FOTO+ÖZƏL

Bu gün boy kompleksi yaşayan bir çox insanlar var. Qısaboylu olmaq bir çox insanda 18 yaşdan sonra ciddi kompleksə çevrilir. Mütəxəssislər bildirir ki, insanın boy göstəricisinin ən birinci faktoru genetikadır. Uşaqlarda boy artımı yeniyetməlik dövrünə qədər davam edir. Boyu qısa olanlar isə artıq boyuzatma əməliyyatlarına üz tuturlar.

Aktyor Riyad Sultanov Moderator.az-a açıqlamasında bildirib ki, o da vaxtilə eyni problemlə bağlı həkimə müraciət edib:


“Mən Sovet dövrünü görən adamam. O vaxt Rusiyanın Kurqan vilayətində İlizarov adına böyük bir klinika var idi. O xəstəxanada boyu uzadırdılar. Məni də uşaqlıqda valideynlərim ora aparmışdılar. Həkim demişdi ki, bu boyda uzun yol qət edib gəlmək lazım deyil. 16 yaşında müraciət edəcəyimizi məsləhət gördüm. Bir də o bizə Pirşağıda dəniz qumunun üzərində gəzməyi məsləhət gördü. Dedi ki, həmin qumdakı materiallar sümüyə xeyirdir. Nəinki ailəmizdə, nəslimizdə də  tək boyu qısa insan mənəm” deyə aktyor bildirib.


Riyad Sultanov deyir ki, boyuna görə heç vaxt utanmayıb:


“Bizim sənət əsərimiz Allahdır. O necə məsləhət bilibsə, elə də yaradıb. Kim ki, külli miqdarda pul xərcləyir, istəyir ki, boyu 5 santimetr uzansın. Bu yalnış addımdır. Düzdür, hərənin öz şəxsi işidir. Amma mən buna qəti şəkildə düzgün baxmıram. İlk növbədə adamın ağlı başında olmalıdır. Boy heç bir önəm daşımır. Statistikadan da bilirəm ki, boyunu uzadanların sayı çoxalıb. Şəxsən mən belə boyda uğur qazanmışam, belə olaraq işləmişəm, əziyyət çəkmişəm, pul qazanmışam. 5 dəqiqənin içində mənə desələr ki, gedək boyunu 2 metr edim, qəbul etmərəm. Uğurum boyumla bağlıdır” deyə aktyor bildirib.


Mütəxəssislər isə bildirir ki, boy uzadılması əməliyyatında yaş məhdudiyyəti yoxdur. Boy uzadılması ilə bağlı müraciət edənlərin sayı çox azdır. Bu da həmin cərrahi əməliyyatların qiyməti bütün dünyada olduğu kimi ölkəmizdə də kifayət qədər bahadır.

Link kopyalandı!
Son xəbərlər