Ermənistan müdafiəyə hazırlaşır: Kimdən və nə üçün?
Ekskluziv
6788
17:23, Bu gün

Ermənistan müdafiəyə hazırlaşır: Kimdən və nə üçün?

Məlum olduğu kimi, Ermənistan və Fransa müdafiə nazirlikləri 2026-cı il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb. Parisdə imzalanan bu sazişin davamı kimi növbəti strateji məsləhətləşmələrin İrəvanda keçirilməsi qərara alınıb.

Təbii, Ermənistanın hər hansı bir sahədə hər hansı bir ölkə ilə əməkdaşlıq etməsi onun müstəsna hüququdur və üçüncü bir tərəfə qarşı yönəlmədiyi təqdirdə kimsənin bu əməkdaşlıqdan narahatlıq duymasına əsas yoxdur. Lakin Ermənistanla Fransanın müdafiə nazirlikləri arasında imzalanan bu əməkdaşlıq proqramı bəzi nüansları ilə diqqət çəkir və xüsusi maraq doğurur.

Hər şeydən öncə qeyd edək ki, cari ilin 8 avqust tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması həyata keçirilmiş, bununla da Cənubi Qafqazda dayanıqlı sülh üçün ciddi təməl inşa edilmişdir. Başqa sözlə desək, 44 günlük Vətən müharibəsindən sonra hər iki tərəf rəsmi şəkildə ABŞ-ın iştirakçılığı ilə sülh mətninin əsas müddəalarını razılaşdırmışdır. Yəni Cənubi Qafqazda yeni bir müharibə və hərbi qarşıdurmaya yol açacaq bütün mübahisəli məsələlər ortadan qaldırılmışdır.Belə olan halda Ermənistanın iflasa uğrayan iqtisadiyyatını bərpa etmək, uzun illərdir ki, üst-üstə yığılıb qalan sosial problemlərin həlli üçün səy göstərmək əvəzinə, müdafiə sektorunu gücləndirmək üçün Fransa ilə əməkdaşlığı genişləndirməsi anlaşılan deyil.

Bu anlaşılmazlığın bir səbəbi də hazırda Ermənistan üçün heç bir dövlətin təhdid və təhlükə təşkil etməməsidir. Əgər Ermənistanın təhlükəsizliklə bağlı hər hansı problemi olsaydı, o zaman rəsmi İrəvanın Fransa ilə belə bir proqram imzalaması başadüşülən olardı. Lakin Ermənistanın təhlükəsizliyini dünən olduğu kimi bu gün də heç kim və ya heç nə təhdid etmir. Belə olan halda İrəvanın Parislə hərbi əməkdaşlığı genişləndirməsi bu məsələni müzakirə mövzusuna çevirməyi zəruri edir.

İstənilən halda, Ermənistan və Fransa müdafiə nazirliklərinin 2026-cı il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalaması sülhə xidmət edən addım deyil və regionun gələcək təhlükəsizliyi baxımından hökmən diqqətdə saxlanılmalıdır.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər