“Azərbaycan tərəfi Türkiyədən
Ekskluziv
1954
16:46, Bu gün

“Azərbaycan tərəfi Türkiyədən "S-400” raketlərini istəyibmi?..”- Qabil Hüseynli

“Hələ 2017-ci ildə Türkiyənin Rusiyadan aldığı “S-400” komplektinin 2.5 milyard dollar dəyərində olduğu bildirilirdi...”
 
“Məsələ burasındadır ki, bəli, Amerika “F-35” qırıcılarını Türkiyəyə vermək üçün “S-400”  hava hücumundan müdafiə zenit-raket sustemlərinin Rusiyaya qaytarılması tələbini qoyur. ABŞ o, raketlərin heç Azərbaycana da verilməsini istəmir, burbaşa Rusiyaya qaytarılmasını tələb edir, Rusiya isə bunu qəbul etmir. Çünki “S-400”-lərin Türkiyəyə verilməsindən 5 ilə yaxın müddət keçibdir. Onlar Türkiyə ərazisində qurulu vəziyyətdədirlər. Düzdü, atəş açılmayıb. Amma xeyli vaxt keçib.” 
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli son vaxtlar Rusiya və Türkiyə arasında “S-400”  hava hücumundan müdafiə raket komplekslərinin qaytarılması ilə bağlı iki ölkə arasında yaranmış ziddiyyətli durumdan danışarkən söyləyib.
 
“Digər tərəfdən, hazırda Rusiyanın əlində həmin bahalı raket sistemlərinin pulunu Türkiyəyə qaytarmaq üçün maliyyə vəsaiti də yoxdur. Ukraynaya təcavüz etməsi bu dövləti müflis durumuna salıb. Hələ 2017-ci ildə Türkiyənin Rusiyadan aldığı “S-400” kompleksinin 2.5 milyard dollar dəyərində olduğu bildirilirdi. Bir də, rəsmən məlum deyil ki, Azərbaycan tərəfi Türkiyədən “S-400” zenit-raket sistemlərini istəyibmi? Amma hər halda ölkəmizin müdafiə sistemi üçün bu komplekslər lazım ola bilər. Bir sözlə, Türkiyə və Rusiya arasında mürəkkəb bir situasiya yaranıb. Bu səbəbdən Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri də təxirə salına bilər”, - deyə davamında Qabil Hüseynli bildirib.
 
Sultan Laçın  
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər