Ekskluziv
832
07:30, Bu gün

"Qəzza sakinlərinin 75%-i aclıqla üz-üzədir!.."- BMT Baş katibindən SOSS!..

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, Qəzza sakinlərinin böyük əksəriyyəti həddindən artıq qida çatışmazlığı ilə üzləşir.
 
Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir.
 
"Qəzzada əhalinin 75%-dən çoxu olan 1,6 milyon insanın həddindən artıq qida çatışmazlığı və ciddi qidalanma riski ilə üzləşəcəyi proqnozlaşdırılır", - deyə Quterreş bildirib. 
O, qeyd edib ki, bu həyəcanverici tendensiyanın durdurulması yalnız Fələstin anklavına humanitar yardım çatdırılmasının artırılması ilə mümkündür. Hələlik İsrail bu prosesə mane olur... 
 
BMT Baş katibi həmçinin Qəzza sərhədində daha çox keçid məntəqəsinin açılmasına və humanitar təşkilatların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinə çağırıb. Bundan əlavə, Quterreş zəruri malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və Qəzzaya humanitar yardım üçün təhlükəsiz keçidlərin təmin edilməsini tələb edib.
 
Daha əvvəl Qəzza hakimiyyəti İsrailin Qəzza zolağına humanitar yardımın daxil olmasına icazə vermək öhdəliklərini kobud şəkildə pozduğunu bildirmişdi - anklav atəşkəsdən bəri razılaşdırılmış yardım həcminin 40%-dən azını alıb. Yerli hakimiyyət orqanları hesab edir ki, İsrail humanitar yardım çatışmazlığı yaratmaqla Qəzzada humanitar böhranı daha da şiddətləndirməyə çalışır.
Xatırladılır ki, İsrail və "HƏMAS" arasında atəşkəs 10 oktyabrda qüvvəyə minib. O vaxtdan bəri hərəkat təxminən 2000 fələstinli siyasi məhbus müqabilində 20 israilli hərbi əsiri azad edib. "HƏMAS" həmçinin İsrailin Qəzzada hava hücumlarında öldürülən bir neçə israilli hərbi əsirinin qalıqlarını Təl-Əvivə təhvil verib. O vaxtdan bəri İsrail müntəzəm olaraq atəşkəsi pozmaqla yaşayış məntəqələrinə zərbələr endirir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər