Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Respublikası Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan sosial media səhifəsində müxalifətin Eçmiədzində - Rusiya agenti katolikos II Qaregini(Krtiç Nersisyan)dəstəkləmək məqsədilə toplaşmaq çağırışını izləyənlərə müraciət edərək yazıb:
"Bütün müxalifət həddindən artıq böyük çətinliklə Ktriçi dəstəkləmək üçün cəmi 2200 nəfər toplaya bildi."
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri yazıb.
"Ktricin Ermənistanda alçaldıcı dəstəyi budur: cəmi 2200 nəfər.
Müxalifətdən və onun liderlərindən fərqli olaraq, hökumət müraciətlər etmədi və Ana Taxtına getmədi, 10 yepiskop müraciətlər etdi, buna görə də qalan müqayisələr əsassızdır", -deyə davamında Paşinyan hökumətinin rəsmisi yazıb.
Xatırladaq ki, dünən - dekabrın 18-də Eçmiədzində II Qareginin istefasını tələb edən din xadimi və digər vətəndaşlarla onu dəstəkləyənlər arasında qarşıdurma yaranıb- polis müdaxilə etməli olub.
S.Laçın