Rusiyayönlü müxalifət II Qareginə dəstək üçün cəmi 2200 nəfər toplaya bildi...
Ekskluziv
1251
09:09, Bu gün

Rusiyayönlü müxalifət II Qareginə dəstək üçün cəmi 2200 nəfər toplaya bildi...

Ermənistan Respublikası Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan sosial media səhifəsində müxalifətin Eçmiədzində - Rusiya agenti katolikos II Qaregini(Krtiç Nersisyan)dəstəkləmək məqsədilə toplaşmaq çağırışını izləyənlərə müraciət edərək yazıb:
 
"Bütün müxalifət həddindən artıq böyük çətinliklə Ktriçi dəstəkləmək üçün cəmi 2200 nəfər toplaya bildi."
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri yazıb.
 
"Ktricin Ermənistanda alçaldıcı dəstəyi budur: cəmi 2200 nəfər.
 
Müxalifətdən və onun liderlərindən fərqli olaraq, hökumət müraciətlər etmədi və Ana Taxtına getmədi, 10 yepiskop müraciətlər etdi, buna görə də qalan müqayisələr əsassızdır", -deyə davamında Paşinyan hökumətinin rəsmisi yazıb.
 
Xatırladaq ki, dünən - dekabrın 18-də Eçmiədzində II Qareginin istefasını tələb edən din xadimi və digər vətəndaşlarla onu dəstəkləyənlər arasında qarşıdurma yaranıb- polis müdaxilə etməli olub.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər