Keçmiş xarici işlər naziri Meydan hərəkatı haqda “KQB” müstəntiqlərinə nə deyib?..
Ekskluziv
2462
12:02, Bu gün

Keçmiş xarici işlər naziri Meydan hərəkatı haqda “KQB” müstəntiqlərinə nə deyib?..

.“Meydanda çıxış etmək üçün 5 nəfərin siyahısı verildi. Bunlar: İmam Mustafayev, Ziya Bünyadov, A.Məmmədov, Firudin Cəlilov və Şeyxülislamın müavini idi...».

 
...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
 
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
 
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
 
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 296-297-ci səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  
(Əvvəli burada: )
 
“Qasımov Tofiq (Az.CCR. EA-nın Fizika institutu.)23 fevral 1989-cu il. 
 
Noyabrın 29-da 26 Bakı komissarları rayon partiya komitəsinin birinci katibi Vəli Məmmədovun təşəbbüsü ilə 26 Bakı Komissarları mədəniyyət evində «Nümayiş komitəsi»nin iclası çağırıldı. Orada 60-70 adam iştirak etdirdi. Pənahov Nemət də orada idi, ancaq M.Hatəmi gəlməmişdi. P.Nemət məsuliyyətsiz çıxışlarına görə fəhlə komitələri tərəfindən ciddi tənqid olundu. Qərara alındı ki, çıxış edənlərin siyahısı «Nümayiş komitəsi»nin”(NK”-Ə.Ə.) verdiyi adlar əsasında tərtib olunacaqdır. Elə həmin gün meydanda çıxış etmək üçün 5 nəfərin siyahısı verildi. Bunlar: İmam Mustafayev, Ziya Bünyadov, A.Məmmədov (Elmlər Akademiyası Dilçilik İnstitutu), Firudin Cəlilov və Şeyxülislamın müavini idi...». “NK”-nin məqsədi Nemət Pənahova artıq-əskik danışmağa imkan verməmək idi...
...Mən partkomun göstərişi ilə meydanda 24 noyabra qədər növbə çəkmişəm. Ayın 24-dən isə orada olmamışam…”
 
(Davamı var)
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
 
Təqdim etdi: Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər