Sülh danışıqları nəticəsiz qalsa, Ukraynanın ən çox bu silaha ehtiyacı olacaq...
Ekskluziv
1184
18:14, Bu gün

Sülh danışıqları nəticəsiz qalsa, Ukraynanın ən çox bu silaha ehtiyacı olacaq...

ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında aparılan sülh danışıqları bütün dünyanın əsas diqqət mərkəzindədir. Mümkün sülh razılaşması ilə bağlı danışıqlar sürətlə getsə də, siyasi ekspertlərin də heç də hamısı bu danışıqların nəticə verəcəyi ilə bağlı optimist deyil. Bir çox ekspert hesab edir ki, Rusiyanın Ukrayna ərazilərini ilhaq istəyindən imtina etməməsi və bunu əsas şərt kimi irəli sürməsi sülhü faktiki olaraq mümkünsüz edir.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, əgər sülh danışıqları nəticə verməsə, o zaman Ukraynanın bir neçə silaha ehtiyacı olacaq ki, bunlardan da ən önəmlisi hava hücumundan müdafiə sistemləridir. Rusiyanın raket və PUA hücumlarını artırması, bu hhücumların az qala hər ötən gün öz dağıdıcı qüvvəsini daha da artırması hava hücumunda  müdafiə sistemlərini Ukrayna üçün ikiqat önəmli edir. Bu baxımdan mütəxəssislər hesab edir ki, Ukraynanın Rusiyaya qarşı mübarizəni davam etdirməsi üçün Kiyevə lazımi sayda hava hücumundan müdafiə sistemlərinin verilməsi şərt olacaq.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər