Nostradamusun 2026 proqnozları:
Ekskluziv
263
14:50, Bu gün

Nostradamusun 2026 proqnozları: "Kral Donald Tramp", Qərbin tənəzzülü, genişmiqyaslı müharibə və süni intellekt" - "Euronews"

 
"Qlobal gərginlik, süni intellekt və yeni liderlər..."
 
Hər il olduğu kimi, Nostradamusun yeni təfsirləri yaxın gələcəyə dair maraq və narahatlıq doğurur. 2026-cı il üçün proqnozlar arasında ekoloji fəlakətlər, maliyyə böhranları, yeni dünya nizamı və süni intellektin inkişafı yer alır.
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri yazıb.
 
Gələcəyin sirləri və qlobal narahatlıqlar
 
XVI əsrin fransız astroloqu və öncəgörəni Nostradamusun proqnozları ilin sonuna yaxın daha çox diqqət çəkir. Onun 1555-ci ildə dərc etdiyi məşhur "Les Propheties" əsəri 942 dördlükdən (katrend) ibarət olub, arxaik latın və orta əsr fransız dilinin qarışığı ilə yazılıb. Tarix boyunca əsərlərini Böyük London yanğınından atom bombalarının Xirosima və Naqasakidə istifadə olunmasına, hətta COVID-19 pandemiyasına qədər əhəmiyyətli hadisələrlə əlaqələndirilib.
 
Yeni fəlakətlər və maliyyə sarsıntıları
 
Nostradamusun proqnozlarında təkrarlanan mövzulardan biri təbii fəlakətlərdir. Göydən gələn od" kimi simvollar iqlim dəyişikliyinin nəticəsi olaraq 2026-cı ildə ekstremal hava hadisələrini xəbər verə bilər. Bəzi katrendlər maliyyə böhranına işarə edir. "Korrupsiyaya uğramış valyutalar" və "həyəcanlı bazarlar" kimi ifadələr yeni mənfi iqtisadi dövrün başlanacağını göstərir.
 
"Böyük arı sürüsü" - nüfuzlu liderlər üçün xəbərdarlıq?
 
Ən çox müzakirə olunan dördlüklərdən birində "böyük arı sürüsü" qaranlıqdan çıxır. Analitiklər bunu nüfuzlu siyasi liderlərin simvolu kimi şərh edir - bəzi təfsirlərdə bu ABŞ prezidenti Donald Tramp və ya Rusiya lideri Vladimir Putinlə əlaqələndirilir. Bu "sürünün" gələn ildə liderlərin qalibiyyətini və cəsarətli manevrlərini simvolizə edə biləcəyi vurğulanır. Bəzi təfsirlər Trampın rəhbərliyi altında Yaxın Şərqdə yeni danışıqlara və ya Rusiyanın Ukraynaya müdaxiləsi fonunda geosiyasi dəyişikliklərə işarə edir.
 
"Hər şey qanla örtüləcək" - Avropadan kənarda gərginlik?
 
Başqa bir katrenddə İsveçrənin cənubundakı Ticino kantonunda "qanla örtülmə" simvolu var. Analitiklər bunu Avropada yeni narahatlıqların siqnalı kimi görürlər. Bəzi dördlüklər "Yeddi ay böyük müharibə, insanlar şərdən ölür" deyir. Bunu bəzi oxucular Ukrayna prezidenti Zelenski və ya Trampla əlaqələndirir. Təfsirlərdə Tramp "Kral Donald" adı ilə də xatırlanır.
 
Mars, genişmiqyaslı müharibə və Qərbin tənəzzülü
 
Marsın hərəkətinə aid katrenlər qlobal müharibənin eskalasiyasını göstərir. "Ulduzlar arasında yol açan Mars müqəddəs yerləri qanla suvaracaq" ifadəsi 2026-cı ildə Qərbi Avropa və Asiya ölkələrinin münaqişəyə cəlb oluna biləcəyinə işarə kimi şərh olunur. Başqa katrend isə bildirir: "Şərqdən üç od yüksəlir, Qərb isə səssizcə işığını itirir". Bu, qlobal güc balansında Şərqin üstünlük qazanması, Qərbin isə strateji və texnoloji uğursuzluqlar yaşamasını simvolizə edir.
 
Süni intellekt və güc dəyişiklikləri: 2026 dönüş ili ola bilər?
 
Son illərdə Nostradamusun texnologiyaya dair təfsirləri diqqət çəkir. Bəzi şərhçilər onun şeirlərində süni intellekt, kommunikasiya sistemləri və qabaqcıl avtomatlaşdırmaya işarə görürlər. Bəzi alimlər "Qərb səssizlikdə işığını itirir" ifadəsini Çin, Yaponiya və digər Şərq ölkələrində süni intellektin sürətli inkişafına metaforik istinad kimi dəyərləndirirlər. Avtomatlaşdırmanın yaratdığı iqtisadi sarsıntılar Qərb iş bazarına təsir edərək qlobal iqtisadi trayektoriyaları dəyişə bilər.
 
Qaranlıq arasında ümid
 
Baxmayaraq ki, katrendlər bir çox baxımdan qaranlıq görünür, 2026 proqnozları ümidverici bir mesajla tamamlanır: "Kölgələr düşəcək, amma işıq insanı qalxacaq". Bu, simvolik olaraq kollektiv yenilənməyə, yeni liderə, dünya görüşünün dəyişməsinə və ya texnologiyadan üstün insan münasibətlərinə işarə kimi şərh olunur.
 
Alimlər qeyd edirlər ki, Nostradamusun şeirləri metaforikdir və istənilən dövrə aid edilə bilər. Onların şərhi hər il maraq doğurur, lakin mövcud hadisələrlə əlaqəsi real proqnozdan deyil, çağdaş təfsirlərdən qaynaqlanır. Bu təfsirlər müharibələr, iqtisadi böhranlar, təbii fəlakətlər və texnoloji inqilablar kimi mövzulara XVI əsrdə Nostradamus dövründə olmadığı qədər diqqər çəkir.
Link kopyalandı!
Son xəbərlər