Ekskluziv
316
13:50, Bu gün

"İranın nüvə oyunu dünyanı aldatmaq cəhdidir" - "Mossad" rəhbərindən Tehrana sərt mesaj

 
"Uğursuz nüvə sazişinə yol verməyəcəyik"
 
İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin rəhbəri Dedi Barnea İranın nüvə proqramı ilə bağlı dünya ictimaiyyətinə və Tehrana açıq və sərt mesaj göndərib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
 
"Dünya İrana aldanmamalıdır"
 
Barneanın sözlərinə görə, İran beynəlxalq ictimaiyyəti aldatmağa və "növbəti uğursuz nüvə sazişini" reallaşdırmağa çalışır. O, bildirib ki, İsrail belə bir ssenariyə heç vaxt icazə verməyib və verməyəcək: "Məqsədi İsrail dövlətini məhv etmək olan və hərbi nüvə potensialından başqa izahı olmayan səviyyədə uranı zənginləşdirən bir dövlətə imkan verilsə, dərhal irəli atılacaq", - o, deyib.
 
"Nüvə bombası ideyası onların qəlbində hələ də yaşayır. ABŞ-la sıx əməkdaşlıq çərçivəsində ölümcül zərbə vurulmuş bu nüvə layihəsinin heç vaxt yenidən işə düşməməsi bizim məsuliyyətimizdir", - Barnea vurğulayıb. "Mossad" rəhbəri bu açıqlamaları xidmətdə fərqlənmiş əməkdaşlara nişanların təqdim edildiyi rəsmi mərasimdə səsləndirib və vurğulayıb ki, dünya İrana aldanmamalıdır.
 
Qlobal terror təhlükəsi və Sidneydəki hücum
 
Barnea çıxışında İranın dünya miqyasında israillilərə qarşı hücum planlarına da toxunub. O, Sidneydə Bondi çimərliyində baş verən və 15 nəfərin öldüyü terror aktını xatırladaraq bildirib ki, dinc mülki şəxslərə qarşı terror indiki İran rejiminin strategiyasının əsas elementidir. Onun sözlərinə görə, təkcə İranla əlaqəli qruplar deyil, İslam Dövləti və digər cihadçı elementlər də "dünyanın istənilən nöqtəsində yəhudilərə zərbə endirmək" qərarı veriblər. 
 
Barnea Avstraliyadakı qurbanların ailələrinə başsağlığı verərək qeyd edib ki, terrorun məqsədi ruhu sındırmaqdır, lakin buna nail ola bilməyəcəklər. Eyni zamanda həm İsraildə, həm də Avstraliyada Sidneydə Hanuka günü törədilən terror aktının birbaşa İranın deyil, İslam Dövlətinin təsiri altında həyata keçirildiyi ehtimalı güclənir.
 
Nüvə danışıqlarının iflası və sanksiyaların qayıdışı
 
Avropa dövlətləri ötən ilin avqustunda BMT Təhlükəsizlik Şurasına "snapback" mexanizminin işə salındığını bildiriblər. Nəticədə 2015-ci il nüvə sazişindən əvvəl İrana qarşı tətbiq olunan bütün beynəlxalq sanksiyalar yenidən qüvvəyə minib.
 
Sanksiyalara silah embarqosu, uranın zənginləşdirilməsi qadağası, ballistik raketlərlə bağlı məhdudiyyətlər, İran aktivlərinin dondurulması və nəqliyyat vasitələrinin yoxlanılması daxildir. ABŞ və Avropa sanksiyaların diplomatiyanın sonu olmadığını bildirsə də, Tehrana təzyiqin artırılacağını açıq şəkildə bəyan ediblər.
 
MAQATE-nin məlumatına görə, İran nüvə silahına malik olmayan ölkələr arasında uranı 60 faizə qədər zənginləşdirən yeganə dövlətdir. Ekspertlərin hesablamalarına əsasən, bu ehtiyat 90 faizə çatdırılarsa, səkkizdən onadək atom bombası istehsal etmək mümkün ola bilər.
Link kopyalandı!
Son xəbərlər