“Putinin Türkiyə ticarət gəmilərinə hücumunun arxasında bunlar durur...”
Ekskluziv
321
10:50, Bu gün

“Putinin Türkiyə ticarət gəmilərinə hücumunun arxasında bunlar durur...”

“Nəzərə alsaq ki, Rusiyanın Xəzərdəki neft platformaları gündə 129 min barrel neft verir və onlar faktiki olaraq hasilatını dayandırıb - bu, Rusiya iqtisadiyyatını zərbədir...”
 
“Biz bu günə qədər anlamaq istəmirik ki, hazırda bu saat dünyada baş verən qarşıdurmalar dünyada geo-siyasi tarazlıqları pozur. Əgər hadisələr belə davam edərsə, bəşəriyyəti 3-cü Dünya müharibəsi gözləyir. Bununla belə, ağlı başında olan fövqəl dövlətlərin başçıları bu müharibənin əleyhinədirlər. Xüsusən ABŞ lideri Donald Tramp. NATO ilə Rusiyanın Ukraynada toqquşması bununla təhlükələri artırır. Rusiyaya sülh müqaviləsi təqdim olunur, ancaq  son anda Ukrayna tərəfi müqaviləni rədd edir. Belə alınır ki, ABŞ-ın təqdim etdiyi sülh sazişləri Ukraynadan ötrü vaxt udmaq üçündür. Bu danışıqların lazımsız olduğunu hiss edən Putin dünya liderlərinə daha çox təzyiq etmək qərarına gəlir. Qara dənizdə türk ticarət gəmilərinin vurulması açıq şəkildə bunu göstərir”. 
 
Siyasi analitik Tahir Cəfərli bu fikirləri Moderator.az-a açıqlamasında ifadə edib.
 
“Digər tərəfdən, Ukraynanın Xəzərdə Rusiya neft platformalarına hücumu Qərbdən gələn dronlar vasitəsi ilə həyata keçirilir. Odur ki, Putin Odessaya yaxınlaşan gəmiləri vurmaq əmri verib.  Ərdoğanın Türkmənistan uçması və orada sülhdən danışması bununla bağlıdır. Nəzərə alsaq ki, Rusiyanın Xəzərdəki neft platformaları gündə 129 min barrel neft verir və onlar faktiki olaraq hasilatını dayandırıb - bu, Rusiya iqtisadiyyatını zərbədir . O da var ki, Türkiyə ordusu Suriyaya girib və yeni hakimiyyətə gəlmiş  rejimi saxlayır. Deməli, Putinin Qara dənizdə Türkiyə ticarət gəmilərinə hücumunun arxasında bunlar durur. Ukraynada müharibənin qurtaracağı, sülh sazişinin bağlanacağı oyunu elə ABŞ və Rusiyanın Aİ-nin dağıdılması üçün qurduqları oyundur. ABŞ bu oyunda öz satellitlərini güdaza verməyə hazırdır”, - deyə Tahir Cəfərli bildirib.
 
 
Link kopyalandı!
Son xəbərlər