Sovet şairinin bu şeirinə görə vətəndaşlar
Ekskluziv
584
20:10, Bu gün

Sovet şairinin bu şeirinə görə vətəndaşlar "ordunu ləkələmək" maddəsi ilə cərimələnir...

Rusiyanın Yekaterinburq məhkəməsi Sverdlovsk vilayətinin Kirovoqrad sakini Dmitri Rykovu müharibə əleyhinə piketə görə - ordunu "ləkələməkdə" günahlandıraraq cərimələyib. O, piketə Vladimir Mayakovskinin şeirinin yer aldığı plakatla qatılıb.
 
Moderator.az "Meduza" nəşrinə istinadla xəbər verir ki, "Sotavision"-un məlumatına görə, piket 7 dekabr 2025-ci ildə Yekaterinburqda keçirilib. Rıkov əlində Mayakovskinin «Долой!»- "Rədd olsun!" şeirindən bir parça olan plakat tutub:

"Война — это ветер трупной вонищи.

Война — завод по выделке нищих.

Могила безмерная вглубь и вширь,

Голод, грязь, тифы и вши."

 
Tərcüməsi:
 
"Müharibə - cəsədlərin iyinin küləyidir.
 
Müharibə - dilənçi istehsal edən fabrikdir.
 
Dərinliyi və genişliyi ilə ölçülməz bir məzar,
 
Aclıq, çirk, tif və bitlərdir..."
 
Yekaterinburq Verx-İsetsk məhkəməsinin hakimi Yekaterina Geyger Rıkovu 49 min rubl cərimələyib. O, "konkret bir müharibəyə deyil, istənilən müharibəyə qarşı olduğunu" söyləyərək günahsız olduğunu bildirib. O, əlavə edib ki, ordunun necə ləkələmək mümkün olduğunu başa düşmür.
 
Rıkova qarşı 13 dekabr 2025-ci ildə Yekaterinburqun mərkəzində keçirilən piketə görə ordunu "ləkələmək" ittihamı ilə başqa bir inzibati ittiham da irəli sürülüb. Rıkov "Qoy həmişə günəş olsun" mahnısının sözləri yazılmış plakat gətiribmiş.
 
Dmitri Rıkov müntəzəm olaraq Yekaterinburqda təkbaşına piketlər keçirir. "OVD-Info" xəbər verir ki, o, 2025-ci ilin mart ayında Yevgeni Royzmanın xeyriyyə fondunu dəstəkləmək üçün piket keçirdiyinə görə saxlanılıb. Daha sonra o, polis bölməsindən heç bir məlumat verilmədən azad edilib.
 
Sentyabr ayında Rıkov ukraynalı şair Taras Şevçenkonun şeirindən sitat gətirməyinə, eləcə də Rusiyanın Ukraynaya müdaxiləsini pislədiyi müsahibəni paylaşdığına görə təxminən üç il həbs cəzasına məhkum edilmiş Darya Kozırevanı dəstəkləmək üçün piket keçirdiyinə görə saxlanılıb. Daha sonra Rıkov "Darya Kozırevaya azadlıq! Poeziya cinayət deyil" yazılı plakatla piket keçirib.  O, polis bölməsinə aparılıb və yenidən heç bir məlumat verilmədən azad edilib.
Link kopyalandı!
Son xəbərlər