“Məqsəd ərazi deyil, təbii ehtiyatlara, iqtisadi gücə sahiblənməkdir”
Ekskluziv
2698
16 Dec 2025 | 18:24

“Məqsəd ərazi deyil, təbii ehtiyatlara, iqtisadi gücə sahiblənməkdir”

“Rusiyanın Donbasla bağlı iddiaları, bu bölgəni həmişəlik öz nəzarətinə götürmək istəyi sadəcə ərazi məsələsi deyil”.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri xəbər verir. Nəşrin məlumatına görə, Donbas Ukraynanın təbii ehtiyatlarla zəngin bölgələrindən biridir və bu bölgə ölkənin iqtisadi həyatında mühüm rol oynayır. Buna görə də Rusiya Donbası ilhaq etməklə öz iqtisadi gücünü artırmağa, onsuz da zəngin olan təbii ehtiyatlarını daha da zənginləşdirməyə çalışır. Kreml yaxşı başa düşür ki, təbii resursların sürətlə tükəndiyi dünyamızda digər dövlətlər  təbii ehtiyatlara daha çox sahib olan ölkələrdən asılı vəziyyətə düşəcək. Bu səbəbdən də Rusiyanı Ukraynanı onun üçün həyati əhəmiyyət kəsb edən bu bölgədən məhrum etməyə, öz iqtisadi qüdrətini artırmağa çalışır.

Nəşr Ukraynanın Donbası Rusiyaya güzəştə getməyəcəyini bildirib. Ukrayna rəsmilərinin verdiyi bəyanatlar bunu açıq şəkildə göstərir. Bu isə o deməkdir ki, Rusiya Donbası hərbi əməliyyatlar vasitəsilə ələ keçirməli olacaq ki, bu da yeni itkilər deməkdir.

 

Link kopyalandı!
Son xəbərlər