Ekskluziv
6222
10:31, Bu gün

"O müğənni tövlədə yaşayırdı, indi saxlayanı var, Rəqsanə isə uşaq deyil, 50 yaşı var"-FOTO+ÖZƏL

“Mən musiqimizin təəssübünü çəkirəm. Bəzi adamlar elə bilir ki, mən qəsdən danışıram. Vallah ürəyim yanır ki, belə oxu, belə geyin-gəz, abır-həyalı ol. Biz axı azərbaycanlıyıq. Mən keçmişin kişilərindənəm, sağ qalmışam. Kaş sağ qalmazdım, ölərdim bu günləri görməzdim. İndi şou-biznesdə kişi kişiylə, qız-qızladır. Belə dərd olar? Millət belə qabağa gedə bilməz. Gözümlə görürəm də. Musiqinin içindəyəm. Ətrafa nəzər salıram, oğlanla-oğlan, qızla-qız qol-qola giriblər”

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O daha sonra əlavə edib:


“Şou-biznesdəkilərin əksəriyyətini saxlayanlar var. Pul xərcləyirlər onlara. Necə ola bilər ki, mən 55 ildir oxuyuram, sınıq taksilərdə gəzirəm. Onlar bütün hündürmərtəbəli binalarda, villalarda yaşayırlar. Dədən villada yaşayıb ay bədbəxt qızı, bədbəxt oğlu? Sən tövlədə yaşamısan da. Mən də tövlədə yaşamışam, kasıb uşaq olmuşam. Kasıb olmaq ayıb deyil. İnsanlar axı baxır, camaat yeməyə çörək tapmır. Kasıb da baxır, ürəyində sənə deyir ki, “Allah sənə lənət etsin” deyə müğənni bildirib.


Əli Mirəliyev bu günlərdə həbsdən çıxan Rəqsanə İsmayılova haqda da danışıb:


“Rəqsanənin həbsdən çıxmasına mən şadam. Rəqsanəni əvvəldən çox istəmişəm, kişi kimi bir insandır. Onda heç qadın əlamətləri yoxdur. Qışqırır, bağırır, mənim kimidir xasiyyəti. Qadına hörmət etmək lazımdır. Ona hörmətim sonsuzdur. Uşaq deyil, 50 yaşı var. Daha həyatı necə yaşamalıdırsa özü bilir” deyə müğənni bildirib.

Link kopyalandı!
Son xəbərlər