Bizi sosial şəbəkələrdən izləyin:
“Əgər birdən, işdi-şayətdi, o, yenə də baş nazir seçilə bilsə, onda Macarıstanın Avropa Birliyindən çıxarılması artıq qəti şəkildə gündəmə gələ bilr. Və bu ölkə AB-dən çıxarılsa, acından öləcək...”
“Orban Avropa Birliyi içərisində Rusiyanın agenti rolunu oynayır. O artıq bəzi şeyləri çox açıq surətdə edir.Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Orbanı “Rusiyanın Avropa Birliyindəki dondurulmuş ən qiymətli məhsulu” adlandırır. Bu bir siyasətçi üçün çox böyük təhqirdir. Onsuz da onun sifətinə baxanda abır-həyadan bir iz görünmür.”
Bu fikirləri Moderator.az-a açıqlamasında “Avropa Birliyinin Orban - Macarıstan problemi nə vaxt öz həllini tapacaq?” sualını cavablandırarkən politoloq Qabil Hüseynli ifadə edib.
“Orbanın baş nazirlik müddəti gələn il bitsə də, o hələ prezident olmaq eşqindədir. Reytinq xidmətlərinin hesablamaları göstərir ki, müxalifətdə olan partiya nüfuz baxımından Orbanın partiyasını xeyli üstələyir. Başqa sözlə, gələnilki parlament seçkilərində o, qələbə qazana bilməyəcək. Ona görə də indidən prezidentliyə namizədliyini irəli sürmək istəyir. Amma hesab edirəm ki, bu cür adamların sonu çox pis olur. Belələri öncə öz xalqları tərəfindən rədd ediləcək”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Orbanın siyasəti o həddə gətirib ki, Avropa Birliyi Macarıstanı öz tərkibindən uzaqlaşdırmaq fikrinə düşüb. İndi hələki vəziyyəti gərginləşdirmək istəmir. Hələlik AB-nin gözləntisi odur ki, Orban növbəti dəfə baş nazir seçilə bilməyəcək, heç prezident də ola bilməyəcək və nəticədə tarixin zibilliyinə atılacaq. Əgər birdən, işdi-şayətdi, o, yenə də baş nazir seçilə bilsə, onda Macarıstanın Birlikdən çıxarılması artıq qəti şəkildə gündəmə gələ bilr. Və bu ölkə AB-dən çıxarılsa, acından öləcək, ən azı, indiki həyat şəraitindən pis – Rusiyanın durumuna bənzər bir şərait bərqərar olacaq. Bu mənada da Orbanın öz xalqına vurduğu ziyanın həddi-hüdudu yoxdur”, -deyə Qabil Hüseynli vurğulayıb.
Sultan Laçın