Qərbin tərəddüdləri fonunda Rusiyanın Ukrayna ilə bağlı iddiaları genişlənməkdədir...
Ekskluziv
1450
20:01, Bu gün

Qərbin tərəddüdləri fonunda Rusiyanın Ukrayna ilə bağlı iddiaları genişlənməkdədir...

Qərbin Ukraynaya dəstəklə bağlı tərəddüdlərinin davam etməsi fonunda Rusiyanın iddiaları genişlənməkdədir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, müharibənin uzanması Ukraynanın hərbi və iqtisadi resurslarına sarsıdıcı təsir göstərməklə yanaşı, ABŞ-ın sülhlə bağlı basqıları və Rusiyanın ərazi iddiaları rəsmi Kiyevin vəziyətini həddindən artıq mürəkkəbləşdirib. Belə ki, Ukrayna artıq hərbi və siyasi müstəvidə Rusiya ilə mübarizə aparmaqla yanaşı, həm də diplomatik müstəvid ABŞ  hücumlarından  “özünümüdafiəyə” cəlb olunub.

Ekspertlər isə hesab edir ki, ABŞ-ın Ukraynanı “yarı yolda tək qoyması”, rəsmi Kiyevə təzyiqləri artırması Rusiyanın uğuru kimi qiymətləndirilməlidir. Qərbin Ukraynaya uzunmüddətli və genişmiqyaslı yardımlarına baxmayaraq, Rusiyanın müharibəni davam etdirməsi, verdiyi bütün itkilərə rəğmən hücum əməliyyatlarından imtina etməməsi ABŞ-ı öz siyasətində ciddi redaktələr etmək məcburiyyəti qarşısında qoyub. Görünən odur ki, Moskva Ukraynanı əsas müttəfiqi olan ABŞ-dan ən azından mənəvi baxımdan ayırmağı bacarıb.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər