Ekskluziv
1162
18:46, Bu gün

"Amnistiya təşəbbüsü böyük humanizm aktıdır,bu təşəbbüs bir daha təsdiq edir ki..." - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. 20 mindən çox şəxsə şamil ediləcək amnistiya təşəbbüsü böyük humanizm aktıdır. Bu təşəbbüs bir daha təsdiq edir ki, Ulu öndər  Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyaya keçirilən siyasətdə humanizm prinsipləri hər zaman əsas götürülür və hər bir vətəndaşımızın hüquqlarının yaxından qorunması bu siyasətin əsas məqsədlərindədir".


Bu sözləri Moderator.az-a açıqlamasında Millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu təşəbbüs on minlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında yeni səhifə açmağa imkan verəcək. Bu da ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha təsdiq edir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Məhz Azərbaycan Konstitusiyasının qəbulunun 30, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının 5 illiyini qeyd etdiyimiz dövrdə belə humanitar addımın atılması humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.

Link kopyalandı!
Son xəbərlər