Ekskluziv
2466
15:44, Bu gün

"Sidneydəki Bondi çimərliyində antisemit terroru: dünya liderlərinin reaksiyası" - "Euronews"

 
"Sidney yəhudi icması və dünya liderləri terrordan sarsılıb..."
 
Sidneyin məşhur Bondi çimərliyində Hanuqa bayramı zamanı baş vermiş silahlı hücum nəticəsində 15 nəfər, o cümlədən bir uşaq həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
Faciənin təfərrüatları
 
Məlumatda deyilir ki, 16-cı qurban isə polis tərəfindən öldürülən bir hücumçu olub. Yaralanan 42 nəfərdən beşi kritik vəziyyətdədir. Hücum zamanı iki silahlı şəxs panikaya düşmüş kütləyə atəş açıb. Polis araşdırmalarına görə, hücumçular ata və oğul olub: 50 yaşlı Səcid Əkrəm hadisə yerində öldürülüb, 24 yaşlı oğlu Nəvid Əkrəm isə kritik vəziyyətdə xəstəxanadadır.
 
Hücumçulardan biri Pakistanın mocahid kimi radikal dairələrlə əlaqəli olub, ISI tərəfindən dəstəklənib və Sidneydəki salafist dini institutu ilə əlaqələri müəyyən edilib. Ata 1998-ci ildə təhsil vizası ilə Avstraliyaya gəlib, oğlu isə Avstraliya vətəndaşıdır. Polis hadisəni "anti-semitizm motivli hədəfli hücum" adlandırıb.
 
Dünya liderlərinin reaksiyası
 
Avstraliya baş naziri Entoni Albaniz hücumu "Avstraliyanın yəhudi icmasına qarşı zərərli antisemit terrorizmi" və "bizim həyat tərzimizə hücum" adlandıraraq, belə hərəkətlərin cəzasız qalmayacağını bəyan edib.
 
Almaniya kansleri Fridrix Mers antisemit zorakılığın artmasını dayandırmaq çağırışı edib. Fransa orezidenti Emmanuel Makron hücumdan təsirlənən Avstraliya xalqına həmrəylik nümayiş etdirərək, antisemitizmə qarşı mübarizənin davam edəcəyini bildirib.
 
Böyük Britaniya baş naziri Kir Starmer, İtaliya baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də hücumu qınayıb, zorakılıq və nifrətə qarşı vahid mövqe sərgiləyiblər.
 
İsrail xarici işlər naziri Gideon Saar hücumu son iki ildə Avstraliya küçələrində antisemitizm dalğasının nəticəsi kimi qiymətləndirib. Avstraliya Yəhudi Assosiasiyası və Knesset Hanuqa bayramı zamanı Sidney yəhudi icmasına həmrəylik göstərmək üçün çağırış edib.
 
Hücumun qurbanları
 
Həlak olanlar arasında 12 yaşlı uşaq və 87 yaşlı ən yaşlı şəxs də var. Xüsusi diqqət çəkən qurbanlardan biri də 27 yaşlı fransalı yəhudi Den Elkayamdı. Fransa XİN naziri Jan-Noel Barro və prezident Makron onun ailəsinə və yaxınlarına tam dəstək ifadə ediblər. Hücum Sidneydəki yəhudi icmasına qarşı artan antisemitizm dalğasının dramatik təzahürü kimi qiymətləndirilir.
Link kopyalandı!
Son xəbərlər