“Bunları Rusiyanın Türkiyəyə savaş elan etməsi kimi dəyərləndirmək doğru deyil...”
Ekskluziv
2033
13:33, Bu gün

“Bunları Rusiyanın Türkiyəyə savaş elan etməsi kimi dəyərləndirmək doğru deyil...”

“Nə qədər ki, Kreml Ukraynaya qarşı işğalçı savaşı davam etdirir, heç bir halda hansısa digər müharibələrə girişməz – çünki bu, Rusiyanın sonunu gətirər...”
 
“Nə qədər ki, Rusiya Ukraynadakı müharibəni davam etdirir, ətraf ölkələr üçün də təhlükə realdır. O cümlədən göründüyü kimi, Azərbaycan üçün də təhlükə mövcuddur. Görürük ki, Xəzərdəki neft yataqlarına da, oradakı Rusiya hərbi gəmilərinə də zərbələr endirilir”. 
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu “Son günlər Rusiyanın Qara dənizdə ardıcıl olaraq Türkiyə gəmilərinə raket zərbələri endirməsini hətta bu ölkənin qardaş dövlətə savaş elan etməsi kimi dəyərləndirənlər də var. Siz bunu necə şərh edərdiniz?” sualını cavablandırarkən söyləyib. 
 
“Qara dənizdə vəziyyət lap kritikdir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da bu barədə açıqlama verdi. Yəni müharibə bitməyincə, təbii ki, bu gərginlik azalmayacaq. Amma Ərdoğan çağırış etdi ki, Rusiya və Ukrayna Qara dənizdə diqqətli olmalıdır. Lakin bütün bu çağırışlara baxmayaraq, öncə dediyim kimi, nə qədər ki, savaş davam edir, bölgədəki ölkələr üçün də təhlükə yaranacaq”,- deyə politoloq davamında bildirib.
 
Elxan Şahinoğlu hesab edir ki, son günlər baş verən insidentləri Rusiyanın Qara dənizdə Türkiyəyə savaş elan etməsi kimi dəyərləndirmək doğru deyil:
 
“Rusiyanın Türkiyəyə müharibə elan etməsi mümkün deyil. Nə qədər ki, Kreml Ukraynaya qarşı işğalçı savaşı davam etdirir, heç bir halda hansısa digər müharibələrə girişməz – çünki bu, Rusiyanın sonunu gətirər. Düzdü, müharibə gedə-gedə Moskvanın bəzi ölkələrə, xüsusən də Qazaxıstan və Ermənistana təzyiqləri var. Ancaq dediyim kimi, Ukrayna savaşı ilə paralel hansısa digər konkret bir ölkəyə birbaşa müharibə elan etmək Rusiyanın özünün öz sonunu gətirməsi demək olar...”
 
Sultan Laçın  
 
Link kopyalandı!
Son xəbərlər