Məşədi Əzizbəyovun qızı Mərkəzi Komitənin xahişi ilə Meydanda çıxış edib xalqı nəyə çağıırdı?.. -ARXİV
Ekskluziv
3569
10:20, Bu gün

Məşədi Əzizbəyovun qızı Mərkəzi Komitənin xahişi ilə Meydanda çıxış edib xalqı nəyə çağıırdı?.. -ARXİV

“...Mən tribunada olarkən mikrofonı Bakı şəhər partiya komitəsinin keçmiş birinci katibinin (Fuad Musayev – Ә.Ә.) göstərişi ilə quraşdırırdılar...”
 
...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
 
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
 
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artir Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
 
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 294-cü səhifəsində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  
(Əvvəli burada: )
 
“Əzizbəyova Püstəxanım Әzizağa qızı. 11 aprel 1989-cu il. 
 
Bizim muzey (Azərbaycan Tarixi Muzeyi – Ә.Ә.) mitinqlər vaxtı dayanmadan işləyib. İşçilərdən heç kəs mitinqlərə get-məyib, gedənlər də maraq üçün gedib. Erməni işçilərimiz də iş yerlərindədirlər. Onlardan heç biri işdən çıxarılmayıb...  
 
Mən mitinqdə bir neçə dəfə çıxış etmişəm. Mənə partkomdan zəng edib dedilər ki, Mərkəzi Komitənin xahişidir, siz mitinqdə çıxış etməlisiniz. Bu, dördüncü gün – ayın 24-ü idi. Mən xəstə olduğum üçün bu xahişə əməl edə bilmədim. Sonra ayın 25 və 26-da da partkomdan bir daha zəng olundu. Mən meydanda ayın 27-də nəvəmlə ola bildim. Çıxış edərkən dedim ki, bütün tələbləri Əbdürrəhman Vəzirov Moskvaya aparıb, onlar yerinə yetiriləcək. Ona görə də dağılışmaq lazımdır. Camaat məni fitə basdı...
 
...Mən tribunada olarkən mikrofonı Bakı şəhər partiya komitəsinin keçmiş birinci katibinin (Fuad Musayev – Ә.Ә.) göstərişi ilə quraşdırırdılar (XII cild, s. 53-57).”
 
(Davamı var)
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər