Berlində müharibənin bitməsi ilə bağlı növbəti Ukrayna-Amerika danışıqları başlandı...- FOTOLAR
Ekskluziv
2074
14 Dec 2025 | 19:55

Berlində müharibənin bitməsi ilə bağlı növbəti Ukrayna-Amerika danışıqları başlandı...- FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Amerika tərəfi ilə danışıqlara başlayıb. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, görüş Almaniya Kansleri Fridrix Merzin ofisində keçirilir.
 
Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı məsləhətləşmələrə başlayıb. Bu barədə Almaniyanın "Stern" qəzeti məlumat verib.
Amerika danışıqlar qrupuna ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi elçi Stiv Vitkof daxildir.
 
Komandada həmçinin ABŞ-ın dördulduzlu generalı və NATO-nun Avropa komandanı Aleksus Qrinkeviç də var. ABŞ hərbi nümayəndəsi öz kompetensiyası çərçivəsində amerikalı danışıqçılara məsləhət verəcək.
 
Rusiyanın təcavüzkar müharibəsinin bitməsi ilə bağlı müzakirələrin qapalı qapılar arxasında, Avropanın iştirakı ilə məsləhətləşmə səviyyəsində davam etdirilməsi planlaşdırılıb. Hazırda masada olan konkret təkliflər hələlik məlum deyil.
Link kopyalandı!
Son xəbərlər